AccessBank Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramından təşəkkürnamə aldı
(®) Bakı Fond Birjasında Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) tərəfdaşlığı ilə gender bərabərliyinə həsr olunmuş sayca 3-cü “Açılış Zəngi” mərasimi keçirildi.
Açılış mərasiminə dövlət və özəl sektorda fəaliyyət göstərən qadın nümayəndələr qatıldı.
Tədbirdə AccessBank-ın İnsan Resursları üzrə İcraçı direktoru Nigar Hüseynzadə Bankın BMT-in Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə (WEPs) qoşulması və bu prinsiplərin Bankın fəaliyyətinə gətirdiyi yeniliklər barədə təqdimatla çıxış etdi. AccessBank Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinin uğurlu tətbiqinə görə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramından (BMTİP) təşəkkürnamə aldı.
BMT-nin Qlobal Sazişi və Qadınlar üzrə Agentliyi tərəfindən hazırlanan Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri şirkətləri beynəlxalq əmək və insan hüquqları standartları barədə məlumatlandırır və müəssisələri gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasına dəvət edir.
Azərbaycanda hazırda 21 şirkət Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulub. AccessBank bu prinsiplərə dəstək olan ilk Azərbaycan bankıdır.
#AccessBank #UNDP
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
20 d. əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
7 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
7 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
9 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















