“Lotus Energy” şirkətinin təmsilçisinin enerjinin qiyməti barədə sualına Prezidentdən cavab
Xəbər verildiyi kimi, martın 13-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub.
Marja xəbər verir ki, görüşdə “Lotus Energy” şirkətinin təmsilçisi bildirib ki, Azərbaycanda enerjinin qiyməti ilə bağlı suallar qalır.
Potsdamda yerləşən “Lotus Energy” şirkətinin təmsilçisi Matthias Pallutt: Çox sağ olun. Biz bərpaolunan enerji sahəsində layihələri tərtib edən şirkətik. Bu, əsasən, külək və günəş enerjisi layihələridir. Biz fəaliyyətə 2001-ci ildə Almaniyada başladıq və sonra qısa müddət ərzində digər ölkələrə keçdik. Ölkələr sırasında təkcə Avropa dövlətləri deyil, o cümlədən Latın Amerika ölkələri də var. Biz Azərbaycanda da fəaliyyətə başlamışıq. Ötən il bizim torpaq mülkiyyətçiləri, elektrik enerjisini alan tərəflərlə və investorlarla çox perspektivli danışıqlarımız oldu. Hələ ki, konkret biznes təklifini tapmamışıq.
Bildirmək istəyirəm ki, ölkənizdə nəhəng sərvətlər var. Bu, təkcə neft və qaz deyil. Siz də qeyd etdiyiniz kimi, buraya günəş və külək enerjisi də aiddir. Lakin əsaslı biznes təklifinə gəldikdə, biz adətən qarşımıza bir neçə sual qoyuruq. Bilirəm ki, təbii sərvətlərə gəldikdə, enerji istehsalı kifayət qədər çoxdur. Lakin enerjinin qiyməti, investorların sərmayə qoyacağı sahələr və faizlər kimi digər məsələlərə toxunduqda suallar qalır. Hesab edirəm ki, layihə tərtibatçısı kimi, biz hər kəsin üzləşdiyi eyni problemləri görürük. Burada söhbət faiz dərəcələrinin kəskin artmasından gedir. Düşünürəm ki, bu cür məsələlər sərmayələri məhdudlaşdıra bilər. Mənim üçün bilmək maraqlıdır ki, Sizin ölkənizdə bərpaolunan enerji layihələrinin gücləndirilməsində strategiyanız nədən ibarətdir? Çox sağ olun.
İlham Əliyev: Azərbaycanda elektrik enerjisi ilə bağlı mövcud daxili qiymətlər xarici sərmayədarlar üçün sərfəlidir. Bu, birincisi. Belə olmasa, onlar sərmayə yatırmazdı. Bu gün bizim icra olunan iki müqaviləmiz var. Onlardan biri “Masdar” ilə, digəri isə, “ACWA Power” ilə imzalanıb. Bunlar iki qlobal enerji şirkətləridir və onlar bərpaolunan enerjiyə böyük sərmayələr yatırırlar. Bu iki müqavilə icra olunmaqdadır. Ümumi həcmi 470 meqavatdır. Bundan əlavə, ümid edirəm, bu yaxınlarda BP ilə təməlqoyma mərasimi olacaq. Bu, əlavə 240 meqavat təşkil edəcək. Beləliklə, üç əsas enerji şirkəti hesab edir ki, Azərbaycanda bərpaolunan enerji sahəsində qiymətlər, tənzimləyici qaydalar və biznes mühit münasibdir. Belə olmasa, onlar sərmayə yatırmazdılar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 4 saat əvvəl
-
5 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
5 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti















.jpg)












.jpg)

