FED ölkənin bank sisteminə verdiyi qiyməti açıqlayıb
ABŞ-ın bank sistemi güclü və sabitdir, lakin son hadisələr iqtisadi fəaliyyətə təzyiq göstərə bilər.
Marja xəbər verir ki, bu, Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) press-relizində bildirilir.
"ABŞ bank sistemi güclü və dayanıqlıdır. Son hadisələr çox güman ki, ev təsərrüfatları və bizneslər üçün kredit şərtlərini sərtləşdirəcək, həmçinin iqtisadi fəaliyyətə, işə qəbula və inflyasiyaya təzyiq göstərəcək", - məlumatda deyilir.
Tənzimləyici əlavə edir ki, vəziyyətin nəticələrinin miqyası aydın deyil.
Xatırladaq ki, Martın 10-da Kaliforniya ştatının tənzimləyicisi ABŞ-ın iyirmi ən böyük kommersiya bankından biri olan Silikon Vadisi Bankını (SVB) bağladılar. Bu, 2008-ci il maliyyə böhranından sonra ABŞ-da ən böyük bank uğursuzluğu idi. SVB-nin iflasının FED-in əsas faiz dərəcəsinin artması ilə əlaqəli olduğu ortaya çıxdı. Belə ki, FED-in faizlərini artırması ilə xəzinə istiqrazlarının ucuzlaşması bir çox maliyyə institutlarının aktivlərinin dəyər itirməsinə səbəb olub. Bundan əlavə, martın 8-də Silvergate bankının, martın 12-də isə Nyu-Yorkda yerləşən Signature Bank-ın bağlandığı elan edilib.
Həmçinin oxu
FED çətin faiz qərarını açıqladı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 16 d. əvvəl
- 22 d. əvvəl
- 23 d. əvvəl
- 56 d. əvvəl
- 57 d. əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 15 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI























