İnvestorlar riskli aktivlərdən qaçırlar - DAHA ÇOX BANKIN BÖHRANA YOLUXACAĞI QORXUSU ARTIB
Wall Street-in əsas indeksləri cümə günü aşağı düşüb, çünki investorlar rəsmilərin zəmanətlərinə baxmayaraq bank sektorunda yoluxmanın tam qarşısının alınmadığına dair artan narahatlıqlar səbəbindən riskli aktivlərdən qaçırlar.
Marjanın məlumatına görə, ABŞ-ın maliyyə naziri Janet Yellen cümə axşamı günortadan sonra bildirib ki, amerikalıların əmanətlərini təhlükəsiz saxlamaq üçün tədbirlər görüləcək. Lakin bankların kreditləşməni məhdudlaşdıracaqları və bunun iqtisadiyyatları ciddi tənəzzülə sürükləyə biləcəyi gözlənilir. Buna görə investorların əhval-ruhiyyəsi pisləşib.
Mərkəzi banklar insanların narahatlığını aradan qaldırmağa çalışırlar, lakin insanların tam sabitliyin olduğuna hələ də əmin deyillər.
JPMorgan Chase & Co, Wells Fargo və Bank of America kimi əsas ABŞ banklarının səhmləri erkən ticarətdə 1% - 2% arasında ucuzlaşıb.
Regional banklar - First Republic Bank, PacWest Bancorp, Western Alliance , Bancorp və Truist Financial Corp-un səhmləri 1%-dən 5%-ə qədər ucuzlaşıb.
Əvvəlki sessiyada 2020-ci ilin sonundan bəri ən aşağı səviyyəyə çatan S&P 500 bank indeksi və KBW regional bank indeksi müvafiq olaraq 1,6% və 1,2% azalıb.
ABŞ-ın Credit Suisse və UBS ilə bağlı araşdırmalar apardığına dair xəbər əhval-ruhiyyəni daha da pisləşdirdikdən sonra Avropa bankları da təzyiqə məruz qalıb. Onların ABŞ-da siyahıya alınmış səhmləri müvafiq olaraq təxminən 5,4% və 4,1% ucuzlaşıb.
Deutsche Bank- ın səhmləri bankın kredit defolt svoplarının dörd ilin ən yüksək səviyyəsinə çatmasından sonra 10%-dən ucuzlaşıb.
Fed-in iki regional bankının iflasından qaynaqlanan qlobal bank böhranı başlayıb. Treyderlər may ayında FED-in faiz artırmağa fasilə verəcəyini gözləyirlər.
FED-in Atlanta şöbəsinin sədri Raphael Bostic və Sent-Luis şöbəsinin sədri Ceyms Bullard bank sektorunun gərginliyinə baxmayaraq, inflyasiyanın aşağı salınmasının mərkəzi bankın prioriteti olduğunu bildiriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 16 d. əvvəl
- 22 d. əvvəl
- 23 d. əvvəl
- 56 d. əvvəl
- 57 d. əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 15 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI



















