Pambıqçılar arasında "Rəsm Müsabiqəsi" keçirilib
(®) Yanvar ayının ilk həftələrindən fevral ayının sonunadək fermerlər və filial əməkdaşlarımızın övladları arasında keçirilmiş pambıq, pambıqçılıq və "MKT İK" mövzulu "Rəsm Müsabiqəsi"-nin qalibləri təltif olunub.
6-15 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş bu müsabiqədə bütün iştirakçılara sertifikat, ilk 3 yeri tutan qaliblərə isə pul mükafatı verilmişdir. Əldə olunan rəsmlər peşəkar rəssamlar tərəfindən 3 kateqoriya üzrə 10 ballıq şkala ilə qiymətləndirilmiş və bu göstəricilərə uyğun qaliblər seçilmişdir. Daha sonra, iştirakçılar "MKT İK" MMC-in Saatlı filialında keçirilən tədbirə dəvət olunmuşdur. Ümumilikdə 10 pambıqçılıq rayonundan 30-dan çox iştirakçının qatıldığı bu müsabiqədə Saatlı rayonundan Əlizadə Zəhra 1-ci yer, Neftçala rayonundan Hacızadə Ərkinaz 2-ci yer, Ağcabədi rayonundan Məmmədli Turan isə 3-cü yerin qalibi olmuşdur.
Əlavə olaraq qeyd etmək istərdik ki, "MKT İstehsalat Kommersiya" MMC 25 ildən çoxdur ki, ölkəmizdə pambıq və pambıq məhsulları istehsalı və ixracını həyata keçirir.
2022-ci il üzrə hazırlanan qeyri-dövlət və qeyri-neft ixracatçı subyektlərin reytinqində “MKT İK” MMC birinci yerdə qərarlaşmışdır. Hal-hazırda müəssisədə işçi sayı 5000 nəfərə yaxındır və regionlarda 23 filialı fəaliyyət göstərməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır





















