Yeni yaradılan kosmetika və ətriyyat mağazaları bu şirkətə bağlı ola bilər
Şöbələrinin sayı sürətlə artan “Olivia Beauty & Care" multibrend mağazalar şəbəkəsi "Kontakt Home" mağazalar şəbəkəsinin sahibinə bağlı ola bilər.
Marja-ya verilən məlumata görə, mağazalar şəbəkəsi "Kontakt Home" tərəfindən inkişaf etdirilir. “Olivia Beauty & Care" üçün işçilərin işə qəbulunun "Kontakt Home" tərəfindən aparılması da bu iddiaları təsdiqləyir.
2013-cü ildən elektronika, məişət texnikası və mebellər təklif edən "Kontakt Home" brendi "ABC Telekom" şirkətinə məxsusdur.
Xəbər verdiyimiz kimi, Azərbaycanda "Olivia Beauty&Care" adlı kosmetika və ətriyyat mağazaları şəbəkəsinin sürətlə böyuməsi diqqəti çəkir. Təxminən son 3 ay ərzində brendin 5 mağazası istifadəyə verilib. İlk "Olivia Beauty&Care" mağazası ötən ilin dekabr ayının sonuna yaxın Bakıda, Fizuli küç 75B ünvanında (28 Mall-ın yaxınlığında) istifadəyə verilib. 2023-cü ilin Yanvar ayının əvvəlində 2-ci "Olivia Beauty&Care" mağazası Bakıxanov qəsəbəsində, Şamil Kamilov küçəsi 15 D ünvanında açılıb. Şəbəkənin 3-cü mağazası isə Fevral ayının sonuna yaxın, Nərimanov rayonu, Təbriz küçəsi 97 ünvanında (Metropark-ın yaxınlığında) işə düşüb. 4-cü "Olivia Beauty&Care" mağazası isə Martın 6-sında Bakının Nizami rayonunda, Qara Qarayev metrosu yaxınlığında açılıb. 5-ci "Olivia" mağazası 28 Mart tarixində 8-ci mkr, S.S.Axundov küçəsi 2 (Azadlıq m/st yanı) ünvanında istifadəyə verilib. Şəbəkənin növbəti mağazasının Şamaxıda açılacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
30 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 39 d. əvvəl
- 42 d. əvvəl
- 50 d. əvvəl
-
54 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
1 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı



















