“Nar” ardıcıl 4 ildir, Müştəri Loyallığı İndeksində liderdir
(®️)2022-ci ilin yekun nəticələrinə əsasən, yerli telekommunikasiya bazarında mobil operator “Nar” Müştəri Loyallığı İndeksinə (NPS – Net Promoter Score) görə ölkənin lider mobil operatorudur.
Artıq ardıcıl dördüncü ildir ki, “Nar” Müştəri Loyallığı İndeksində rabitə bazarında ən yüksək göstəriciyə nail olur. Respondentlər ən çox mobil operatorun sərfəli qiymət qarşılığında təqdim etdiyi keyfiyyətli xidmətdən razı qalıblar.
Bu, mobil operatorun tariflərinin statistikasında öz əksini tapıb; “Cavannar 6” və “Cavannar 9” tariflərinə qoşulanların sayı müvafiq olaraq 135% və 85% təşkil edib, “Full” paketlərində isə ümumilikdə 13% artım olub. Daha üstün müştəri xidmətləri göstərmək üçün ötən il 20 “Nar” mərkəzi və diler dükanlarını yenilənmiş, eləcə də, 164 yeni 4G baza stansiyası ilə şəbəkə əhatəsi daha da gücləndirilib. “Nar” şəbəkəsində 4G istifadəçilərinin sayı da 7,6% artıb.
“Nar” 2022-ci ildə müştərilərin heç yana getmədən nömrə əldə etməsi üçün ilk dəfə üztanıma texnologiyası ilə eSIM xidməti təqdim etdi. Abunəçilərin balanslarına nəzarət etmələri üçün “Nar+” özünəxidmət tətbiqi təqdim edildi. Bundan başqa, ötən ildən etibarən “Nar”, ingilis dili öyrənmək istəyən abunəçilərinə “LingoKids” və “FluentWorlds” kimi öyrədici tətbiqləri ilk ay pulsuz olmaqla, 70% endirimlə təqdim edir.
Mobil operatorun bütün məhsul və kampaniyaları haqqında məlumatları nar.az veb saytından və “Nar”ın sosial media səhifələrindən öyrənə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 21 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)





.jpg)








