İsrail Azərbaycanda meyvə bağları salır
İsrail Azərbaycanda alma, nar, gilas, şaftalı və nektarin əkilməsi ilə bağlı pilot layihənin həyata keçirilməsinə başlayıb.
İsrailin Azərbaycandakı səfirliyinə istinadən məlumata görə, layihə İsrailin Beynəlxalq İnkişaf Əməkdaşlığı Agentliyinin (MASHAV), ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə reallaşdırılır.
Tərəfdaşlar bu məqsədlə Azərbaycan Dövlət Aqrar Universitetin (ADAU) Tədris-Təcrübə Təsərrüfatında intensiv meyvə bağının nümayişi üçün sahələr salınıb.
Pilot layihə çərçivəsində ümumi sahəsi 2,5 hektar olan ərazidə 3 400 meyvə ağacları əkilib.
“Bu müasir bağlar ADAU tələbələrinə və əməkdaşlarına intensiv meyvə bağlarının salınması və idarə olunması üçün praktiki bilik və bacarıqlar əldə etməyə imkan verəcək ki, bu da ən qabaqcıl və səmərəli üsullardan istifadə etməklə ənənəvi bağlardan daha məhsuldar, səmərəli və davamlı olacaq.
Barmaqlıqlar və müasir damcı suvarma sistemləri ilə təchiz edilmiş bu bağlar Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafına dəstək verəcək ki, bu da kənd yerlərində gəlirləri artırmaq, güclü və davamlı icmalar yaratmaq üçün vacibdir”, - deyə səfirliyin açıqlamasında bildirilib.
5 ilədək dəyişməz 14,5%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
©️ Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)







.jpg)








