Azərbaycanda istilik mövsümünün müddəti 1 ay artırıla bilər
"Mövsüm noyabrın 1-də başlasın, mayın 1-də bitsin"“Azəristiliktəchizat” ASC Energetika Nazirliyi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə istilik mövsümünün müddətinin artırılması ilə bağlı danışıqlar aparır.
Bunu açıqlamasında səhmdar cəmiyyətinin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.
“Mövcud qaydalara görə, istilik mövsümü noyabrın 15-dən aprelin 15-nə qədər davam edir. Əlbəttə, burada havanın temperaturu əsas rol oynayır. Hazırda normativ sənədlərdə dəyişikliklərin edilməsi üçün Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə araşdırmalar aparılır. Ola bilsin ki, istilik mövsümü 15 gün tez, yəni noyabrın 1-də başlasın, 15 gün gec, yəni mayın 1-də bitsin. Bununla bağlı bizə vətəndaşlardan və təhsil müəssisələrindən kifayət qədər müraciətlər var. Müraciətlərin mahiyyəti ondan ibarətdir ki, mövsüm noyabrın 1-də başlasın, mayın 1-də bitsin. İstənilən müraciəti diqqətdə saxlayırıq. Hökumət də tapşırıq verib ki, araşdırılsın və hazırda araşdırmalar davam edir. Araşdırmaların nəticəsi ilə bağlı ictimaiyyətə məlumat verəcəyik", - deyə o qeyd edib.
"Mövsümün müddətinin dəyişdirilməsi heç də asan məsələ deyil. Burada söhbət əlavə enerji resurslarından, vəsaitdən və əməkdaşdan söhbət gedir. Ona görə də bu, çox detallı araşdırma tələb edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi son 30 ildə iqlimdə baş vermiş dəyişikliklər, temperatur rejimləri, soyuq, yağışlı, şaxtalı, küləkli günlərin sayı və başqa bu kimi zəruri məlumatları hazırlayır”,- deyə İ.Mirzəliyev əlavə edib.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)






.jpg)






