Dövlət Xidməti bank xidmətlərinin reklamı zamanı pozuntular aşkarlayıb - ARAŞDIRMALARA BAŞLANIB
Aparılan monitorinqlər zamanı bank xidmətlərinin reklamlarının yayımlanması zamanı reklam qanunvericiliyinin tələblərinə əməl edilməməsi halları aşkar edilib.İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən bank xidmətləri ilə bağlı reklam qanunverciliyinin tələblərinin pozulması barədə araşdırma nəticələrinə uyğun olaraq, qanun pozuntularına yol vermiş banklar barəsində qanunamüvafiq tədbirlər görüləcəkdir.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti reklam fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə riayət edilməsi ilə bağlı mütəmadi maarifləndirmə işləri həyata keçirir.
Xidmətin yaydığı məlumatda bildirilir ki, bu tədbirlər çərçivəsində Dövlət Xidməti tərəfindən ötən ilin əvvəlindən etibarən ölkədə fəaliyyət göstərən banklara reklam qanunvericiliyinin tələblərinə dair maarifləndirici məktublar ünvanlanıb.
Lakin son dövrlərdə aparılan monitorinqlər zamanı bank xidmətlərinin reklamlarının yayımlanması zamanı reklam qanunvericiliyinin tələblərinə əməl edilməməsi halları aşkar edilib. Qanun pozuntuları üzrə Dövlət Xidməti tərəfindən araşdırmalara başlanılıb.
Qeyd edilib ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununda maliyyə, bank, sığorta, investisiya xidmətləri, eləcə də qiymətli kağızların reklamı üçün xüsusi qaydalar təsbit edilib. Belə ki, lisenziyalaşdırılan fəaliyyət növləri üzrə lisenziyanın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı, eləcə də maliyyə, bank, sığorta, investisiya xidmətlərinin, qiymətli kağızların reklamında bu xidmətləri təklif edən şəxsin hüquqi adı, hüquqi ünvanı, fiziki şəxslərin adı, soyadı, atasının adı, ünvanı, əlaqə vasitələri, qiymətli kağızın emitenti qeyd olunmalıdır.
Bundan əlavə, istehlak kreditinə dair reklamda kreditin hər hansı xərci ilə bağlı məlumat verildikdə, istehlakçı aşağıdakılar barədə də məlumatlandırılmalıdır:
-Kreditin ümumi xərcinə daxil olan istənilən xərclər, o cümlədən illik faiz dərəcəsi, faktiki illik faiz dərəcəsinin hesablanmasına qanunvericiliyə müvafiq qaydada daxil olan digər xərclər;
-Kreditin müddəti;
-Kredit müəyyən malın alınması və ya xidmətlərin göstərilməsi ilə əlaqədar verildikdə, həmin mal və ya xidmət, onun nağd qiyməti və ilkin ödənilən məbləğ;
-Kredit müqaviləsinin bağlanması üçün əlavə xidmət müqavilələrinin bağlanması məcburi olduqda və həmin xidmətin qiyməti əvvəlcədən müəyyən edilə bilinmədikdə, həmin müqaviləni bağlamaq öhdəliyi.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən bank xidmətləri ilə bağlı reklam qanunverciliyinin tələblərinin pozulması barədə araşdırma nəticələrinə uyğun olaraq, qanun pozuntularına yol vermiş banklar barəsində qanunamüvafiq tədbirlər görüləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
42 d. əvvəl
Maliyyə nəhəngi qızıl üçün tarix açıqladı: 6 min dolları nə vaxt keçilə bilər?
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Gömrük xərcləri artsa da Li Auto qiymətləri sabit saxlayır - QİYMƏTLƏR
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Yerli kibertəhlükəsizlik startapı "Cypho"ya Avropada ciddi maraq var"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Fevralın 10-da gözlənilən hava şəraiti - BAKIYA QAR YAĞACAQ
“Bank Respublika”nın“Qızıl Seçim” lotereyası davam edir
Prezident ABŞ şirkətlərinin rəhbər şəxslərini qəbul edib
“Unibank”da yığıncaq keçiriləcək
Naxçıvana yeni Baş naziri təyin olundu
Türkiyə toyuq əti ixracını dayandırdı
“Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub
Takaiçi-dən böyük qələbə - Yaponiya səhmləri rekord həddə yüksəlib
Azərbaycanda 11-ci Domino’s restoranı açılacaq
Qızılın qiyməti yenidən 5 min dolları keçib
Rəsmi məzənnələr açıqlandı
























