Banklarda azalır - 5 milyard manata yaxınlaşdı
2017-ci il İyun ayının 1-nə bankların ev təsərrüfatlarına verdikləri kreditlər (istehlak kreditləri) 5 milyard 165.6 milyon manat təşkil edib. “Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu cəmi 14 milyard 794 milyon manat olan kredit qoyuluşlarının 34.9 faizidir.
2014-cü ilin sonu və 2015-ci ilin əvvəlində istehlak kreditləri 8 milyard manat ətrafında idi. O zaman istehlak kreditlərinin cəmi kreditlərdə xüsusi çəkisi 44% təşkil edirdi.
Ev təsərrüfatlarına verilmiş 5 milyard 165.6 milyon manat kreditin 1 milyard 731.5 milyon manatını və ya 33%-ni daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilmiş kreditlər təşkil edib. Bu kreditlər 2015-ci ilin əvvəlində 1,2 milyard manat ətrafında idi.
Bu ilin 6 ayı ərzində istehlak kreditləri 693,1 milyon manat, Mayda isə 64,6 milyon manat azalıb.
Qeyd edək ki, devalvasiyalardan sonra istehlak kreditlərinin verilməsi azalıb. Kredit şərrtəri ağırlaşıb, eyni zamanda belə kreditlərə tələb də azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















