İlk 3 ayda 1000-dən çox KOB subyekti və biznesə başlamaq istəyən şəxsə təlim və məsləhət xidməti göstərilib

Biznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən KOB subyektləri bilik və bacarıqlarını artırmaq üçün KOB inkişaf mərkəzlərinin xidmətlərindən ödənişsiz istifadə edə bilərlər.
KOBİA-nın yaydığı məlumatda bildirilir ki, KOB subyektlərinin biznes biliklərinin artırılması və sahibkarlığa dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə cari ilin yanvar-mart ayları ərzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 69 təlim təşkil olunub. Bu təlimlərdən 825 KOB subyekti və biznesə başlamaq istəyən şəxs yararlanıb. Təlimlər KOB-ların təlim ehtiyaclarına uyğun olaraq əsasən satış, marketinq, mühasibatlıq, işçi heyətinin idarə edilməsi, brendləşmə, biznesdə innovasiyaların tətbiqi, biznes planın hazırlanması, layihələrin idarə olunması və digər mövzuları əhatə edir.
Bu dövrdə 243 sahibkarlıq subyektinə biznesin qurulması və inkişaf etdirilməsi üzrə məsləhət xidməti göstərilib.
Agentlik tərəfindən bu dövrdə 47 biznes planın hazırlanması üçün müvafiq dəstək təmin edilib.
KOBİA tərəfindən göstərilən təlim və məsləhət xidmətləri ödənişsizdir.
Biznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən KOB subyektləri bu sahədə bilik və bacarıqlarını artırmaq üçün Agentliyin KOB inkişaf mərkəzlərinin (KOBİM) təlim, məsləhət, biznes planın hazırlanmasına dəstək və digər xidmətlərindən istifadə edə bilərlər. KOBİM-lər tərəfindən keçirilən təlimlərə dair məlumatı KOBİA-nın saytından əldə etmək olar (http://bit.ly/3MyRGpP).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
1 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
-
3 d. əvvəl
“Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsi hazırlanıb
- 4 d. əvvəl
-
12 d. əvvəl
Dayanacaq məntəqələriylə əlaqədar vahid səlahiyyətli qurum müəyyən ediləcək
-
15 d. əvvəl
Bu şirkət 6 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən azad edilir
- 29 d. əvvəl
- 37 d. əvvəl
-
44 d. əvvəl
Leobank Uşaq kartını təqdim edir: erkən yaşdan maliyyə savadlılığı
-
1 saat əvvəl
Möhtəşəm yaşayış kompleksi - Nizami City: TƏMİRLİ VƏ TƏMİRSİZ MƏNZİLLƏR!
- 1 saat əvvəl
Son Xəbərlər

Qlobal birjalarda SON VƏZİYYƏT

Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar

Təkər bazarı ərazisində yanğın baş verib - VİDEO

Rəsmi məzənnələr açıqlandı

Bu gün FED-in faiz qərarı diqqət mərkəzindədir
