Yenidən “SAB” süd məhsullarının satışına başlanacaq
“SAB” süd məhsullarının satışı bərpa olunacaq.
Bu barədə Marja-ya "SAB" ticarət nişanının sahini “Zəhmət-Ruzi” MMC-dən bildirilib.
Qeyd edilib ki, 1998-ci ildən fəaliyyətə başlayan və qısa zaman ərzində ölkənin qida sektorunda özünə məxsus yer tutan, beynəlxalq standartlara cavab verən laboratoriyalar, istehsal sexləri, anbarlar, habelə ən müasir avadanlıqlar ilə təchiz edilən “Zəhmət-Ruzi” MMC "SAB" brendi adı altında uzun illərdir ki Azərbaycan bazarında öz yerini qoruyub saxlamışdır.
"Azərbaycanın qida sənayesində özünəməxsus yeri olan "SAB" 150-dən çox işçi kollektivi ilə islam qaydaları əsasında, ekoloji təmizliyə və yüksək keyfiyyətə təminat verən çoxçeşidli ət və süd məhsullarının dadı ilə alıcılarının rəğbətini qazanmışdır.
Ənənəvi reseptlərlə, ən müasir avadanlıqlarda, tam halal və ən yaxşı xammaldan istifadə olunmaqla hazırlanan, ələlxüsusda gigiyenanın ən yüksək tələblərinə cavab verən və ciddi laboratoriya ekspertizasını özündə ehtiva edən "SAB" bazarın lider istehsalçılarından biridir. Xüsusilə də, bu 25 il ərzində bazar inkişaf etdikcə dəyişməz dadları ilə ət və süd məhsullarının çeşidi genişləndi, şirkətin məhsulları istehlakçılarda etibar qazandı.
Qeyd edək ki, “Zəhmət-Ruzi” MMC ölkənin aparıcı istehsalçılarından biri kimi Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi Nişanı (AİQTN) proqramının tələblərinə tam uyğun məhsulları ilə tanınmış “SAB” brendinin ölkə miqyasında məşhur olan “SAB Gəncə Dovğası”, “SAB Kəsmik”, “SAB Xama”, “SAB Camış qatığı” kimi süd məhsulları yaxın zamanda vitrinləri bəzəyəcək",- Şirkətin məlumatında bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
28 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 37 d. əvvəl
- 40 d. əvvəl
- 48 d. əvvəl
-
52 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
1 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı




















