2022-ci ildə ümumi qlobal hərbi xərclər 2,24 trilyon dollara çatıb
"Son illərdə qlobal hərbi xərclərin davamlı artması, getdikcə daha təhlükəsiz bir dünyada yaşadığımıza işarədir"Qlobal silah xərcləri 2022-ci ildə real ifadədə 3,7% artaraq 2,24 trilyon dollara çatıb.
Marja.az Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) bazar ertəsi dərc etdiyi hesabata istinadən xəbər verir ki, Avropada artım son 30 ilin ən yüksək göstəricisi olub.
Silahlara ən çox pul xərcləyən ölkələr ABŞ, Çin və Rusiyadır. Onlar xərclərin həcminin 56%-ni formalaşdırıblar. Ukraynadakı vəziyyət və Şərqi Asiyadakı gərginlik 2022-ci ildə də, səkkizinci il ardıcıl olaraq davam edən artımın əsas hərəkətverici qüvvəsi olub.
Avropada hərbi xərclərin artımı 13% təşkil edib. Bu, əsasən, birbaşa Rusiya və Ukrayna arasındakı münaqişə ilə bağlı olub. Ukraynaya göstərilən yardım və Rusiya Federasiyasının artan təhlükəsi ilə bağlı narahatlıqlar digər ölkələri hərbi büdcələrinə yuxarıya doğru yenidən baxmağa məcbur edib.
"Son illərdə qlobal hərbi xərclərin davamlı artması, getdikcə daha təhlükəli bir dünyada yaşadığımıza işarədir", - Nan Tian SIPRI-ın nümayəndəsi deyib.
Hesabatıb müəllifləri qeyd edirlər ki, Mərkəzi və Qərbi Avropada hərbi xərclər yenidən soyuq müharibə səviyyəsinə qayıdıb. Mərkəzi Avropada hərbi xərclər keçən il 345 milyard dollar təşkil edib və real ifadədə ilk dəfə olaraq 1989-cu ildəki rəqəmi üstələyib və 2013-cü illə müqayisədə 30% yüksək olub. Bəzi ölkələr artıq müdafiə xərclərini artırıb, bəziləri bunu etmək niyyətində olduqlarını bəyan ediblər. Hərbi xərclərdə ən kəskin artım Finlandiyada (36%), Litvada (27%), İsveçdə (12%) və Polşada (11%) qeydə alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 3 saat əvvəl
-
4 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
5 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




















.jpg)






.jpg)

