Qlobal bank çökməkdə olan ABŞ bankını aldı
"JPMorgan Chase" "First Republic Bank"nın bütün depozitlərini, faktiki olaraq bütün aktivlərini aldı.ABŞ-ın "First Republic Bank"ı (FRB) Kaliforniya Maliyyə Mühafizəsi və İnnovasiya Departamenti (DFPI) tərəfindən Federal Əmanətlərin Sığortalanması Korporasiyasına (FDIC) təhvil verilib. Eyni zamanda bu korporasiya bankın depozitlərini və aktivlərini almaq üçün "JPMorgan Chase"dən müraciəti qəbul edib.
Bu barədə Marja.az xarici mətbuata istinadən xəbər verir.
Məqsəd əmanətçiləri qorumaqdır.
FDIC-in açıqlamasında qeyd edilib ki, aprelin 13-nə FRB-nin aktivləri 229,1 milyard dollar və əmanətləri 103,9 milyard dollar olub. Satınalma şərtlərinə əsasən, səkkiz ştatda 84 FRB filialı JPMorgan Chase xidmət mərkəzləri olaraq yenidən açılacaq.
Bakı vaxtı ilə saat 12.06-a olan məlumata görə, First Republic Bank-ın səhmləri 34,47% ucuzlaşaraq 2,3 dollara düşüb.
"First Republic Bank"ın səhmləri bank sektoru ilə bağlı narahatlıqlar səbəbindən mart ayından yenidən ucuzlaşıb. Fevralın sonunda bankın səhminin qiyməti təxminən 123 dollar idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
9 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 9 saat əvvəl
-
9 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
9 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
















.jpg)








