Aqrar Sığorta Fonduna 124 müraciət daxil olub - TƏSƏRRÜFATLAR ZƏRƏR ÇƏKİB
"Hava şəraitinin kəskin dəyişməsi nəticəsində baş verən təbiət hadisələrindən zərər çəkmiş təsərrüfatlarda monitorinqlər davam edir. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları bölgələrdə müstəqil sığorta ekspertləri ilə birlikdə leysan, dolu, sel və subasma nəticəsində zərər görmüş təsərrüfatlara baş çəkir, fermerlərlə görüşür, aqrar sığorta mexanizminin işləmə prinsipləri barədə məlumat verirlər".
Bu barədə Aqrar Sığorta Fondunun yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, görüşlərdə fermerlərə dövlətin dəstəyi ilə həyata keçirilən aqrar sığorta mexanizminin üstünlüklərindən yararlanmaq və təsərrüfatlarını sığortalamaq tövsiyə olunur. Eyni zamanda, təsərrüfatlarını sığortalamış fermerlərə əkin sahələri və bağlara dəymiş zərərlə bağlı Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə zəng edərək müraciətlərini rəsmiləşdirməyin zəruriliyi izah edilir.
Qeyd edək ki, son günlər bölgələrdə baş vermiş leysan, dolu, sel və subasma kimi təbiət hadisələri ilə bağlı təsərrüfatlarına zərər dəymiş fermerlər tərəfindən Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə 124 müraciət daxil olub. Müraciətlər Çağrı Mərkəzində qeydə alındıqdan sonra Fond tərəfindən müstəqil sığorta ekspertləri dərhal hadisə baş vermiş təsərrüfata ezam olunur, hadisə ərazisinə baxış keçirir, hadisəni və onun nəticələrini qeydə alır, ilkin olaraq dəyən zərəri hesablayırlar.
Araşdırmalar başa çatdıqdan sonra qanunvericiliyə uyğun olaraq sığorta hadisələri üzrə ödənişlər həyata keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
8 d. əvvəl
Azərbaycan bankı İsveçrə şirkətindən 10 milyon dollar kredit cəlb edib
-
16 d. əvvəl
“2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı” təsdiq edilib
-
-
21 d. əvvəl
Valyuta mübadiləsi şirkəti “Eliko”nun vəzifəli şəxsi 10 min manat cərimlənib
-
26 d. əvvəl
“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub - VİDEO
-
45 d. əvvəl
Regionun ən iri Batareya Saxlanc Sistemlərinin gətirilərək qurulmasına başlanıldı
-
1 saat əvvəl
Qızılda 2026 ssenariləri: İri banklar ciddi bahalaşma gözləyirlər - QİYMƏT PROQNOZLARI
-
1 saat əvvəl
Qazaxıstan BTC üzrə neft tədarükünü 2,2 milyon tona çatdırmağı planlaşdırır
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 21 saat əvvəl
Qızılın bahalaşması yenidən sürətlənib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
50 hərrac, 127,1 milyon manatlıq ödəniş
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
















.jpg)










.jpg)


