Dünyanın ən borclu 10 ölkəsinin adı açıqlanıb
Qlobal borcun həcmi inanılmaz templə artmaqda davam edir.
Borc problemi dünyanın mərkəzi banklarının iqtisadiyyata likvidlik verilməsini dayandırması, həmçinin xammal qiymətlərinin azalması ilə daha da dərinləşib.
"Fitch" beynəlxalq reytinq agentliyinin hesabatına görə, artan borc yükü maliyyə sabitliyinə təhlükə yaradır.
Agentlik ekspertlərinin fikrincə, onun qiymətləndirdiyi ölkələrin 20%-dən çoxu 2017-ci ilin sonuna maksimal Borc/ÜDM əmsalına sahib olacaq.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin "CIA World Factbook" hesabatında ən yüksək Borc/ÜDM əmsalına sahib olan 10 ölkənin reytinqi açıqlanıb. Qeyd edək ki, reytinqdə üst sıralarda yer alan ölkələr əsasən borclarının yüksək olmasına görə deyil, ÜDM-in az olması səbəbindən siyahıda liderlik edir.
Belə ki, siyahıda ilk yeri 234,7% Borc/ÜDM nisbətinə sahib olan Yaponiya tutur.
İkinci sırada 181,6%-lə Yunanıstan, 3 və 4-cü sıranı isə 132,5% nisbəti ilə Livan və İtaliya bölüşür. Sonrakı yerləri Yamayka (130,1%), Portuqaliya (126,2%), Eritreya (119,8%), Kabo-Verde (116,8%), Sinqapur (110,5%) və Qrenada (110%) tutur.
ABŞ-da analoji göstərici 106,7%-dir. "Trading Economics"in hesabatına görə, G20 ölkələri arasında ən aşağı borc yükü əmsalı Rusiyadadır (17%).
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 18 saat sonra
-
14 d. əvvəl
Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vururb
Ən çox oxunanlar
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb





.jpg)
.jpg)










.jpg)



