"Trendyol"dan mal almaq sərfəli olmayacaq və karqolar fəaliyyətini dayandıracaq? - ARAŞDIRMA
Bir neçə gün öncə "PAŞA Holdinq" ilə "Trendyol" arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, tərəflər Azərbaycanda birgə elektron ticarət xidmətləri göstərəcək. Həmçinin, "Trendyol" və "PAŞA Holding "Azərbaycanda e-ticarət xidmətlərinin göstərilməsi üçün birgə şirkətin yaradılması barədə razılığa gəliblər.
"PAŞA Holdinq" ilə "Trendyol" arasında müqavilənin imzalanması insanlarda bir sıra suallar yaradıb. İdda olunub ki, guya artıq "Trendyol"dan alış-veriş etmək sərfəli olmayacaq, karqo şirkətləri fəaliyyətlərini dayandıracaqlar.
Mayın 3-dən etibarən "Trendyol.com" saytından sifariş edilən məhsulun və ya məhsulların birbaşa alıcının Azərbaycan ünvanına çatdırılması xidməti də istifadəyə verilib. Bu xidmətin də "PAŞA Holdinq" ilə bağlanmış müqavilə çərçivəsində ilk işlərdən biri olduğu barədə fikirlər yayılıb.
Marja.az-ın araşdırmasına görə, "PAŞA Holdinq" ilə imzalanmış müqaviləyə əsasən onlayn "Umico Market" vasitəsilə "Trendyol" məhsullarının satışı üzrə əməkdaşlığın genişləndiriləcəyi gözlənilir. Həm "Trendyol"un tərəfdaşı olan şirkətlərin, həm də "Trendyol"un özünün istehsal etdiyi məhsulların "Umico Market" üzərindən daha geniş şəkildə satışının təşkil olunacağı proqnozlaşdırılır. Eyni zamanda, iki şirkət arasında digər birgə layihələr ola bilər. Bütün bunlar ilə yanaşı, "Trendyol"dan alınan məhsulların Azərbaycana karqo şirkətləri vasitəsilə daşınması olduğu kimi qalır. Hzırda əsas yenilik - artıq vətəndaşların çatdırılma ünvanı olaraq karqo şirkətlərinin Türkiyə ünvanları ilə bərabər Azərbaycandakı öz ünvanını da gösətərə bilmələridir.
"Trendyol" Azərbaycanın karqo şirkətləri ilə rəsmi şəkildə əməkdaşlığa başlayıb. "Trendyol"un Azərbaycan üzrə ilk rəsmi daşıma tərəfdaşı "Starex" şirkətidir. Ən azından Trendyol saytında "Gel Al" nöqtəsi seçilən zaman karqo şirkətlərindən yalnız Starex-in görünməsi bunu deməyə əsas verir. Mayın 3-dən etibarən "Trendyol.com" saytından sifariş edilən malların birbaşa alıcının Azərbaycan ünvanına çatdırılması xidməti də "Starex" şirkətilə əməkdaşlıq çərçivəsində istifadəyə verilib. Azərbaycan vətəndaşlarının "Trendyol"dan aldığı mallar onların ünvanlarına "Starex" şirkəti tərəfindən çatdırılacaqdır.
Digər bir yenilik, məhsulların daşınması üzrə məsuliyyətin tam şəkildə "Trendyol"un öz üzərinə götürməsidir. Daşınma zamanı gecikmə, malın itməsi, zədələnməsi, tələf olması və s. kimi hadisələr baş verərsə, buna görə "Trendyol" cavabdehlik daşıyır.
Həmçinin, "Trendyol"un Azərbaycana birbaşa çatdırılma etməsi çərçivəsində əvvəlkindən daha aşağı karqo tarifləri tətbiq olunur.
Digər bir yenilik, Azərbaycan vətəndaşlarının "Trendyol"dan aldığı məhsulları proqram vasitəsilə Türkiyədən anbardan çıxışından yaşadığı ünvanadək hərəkətini izləyə bilmələridir.
Vətəndaşlar çatdırılma ünvanı olaraq ən yaxın "Azərpoçt" məntəqələrini seçdikləri halda da çatdırılma prosesi "Starex" şirkəti vasitəsilə həyata keçirilir.
Gələcəkdə "Trendyol"un Azərbaycanın digər karqo şirkətləri ilə də əməkdaşlıq edəcəyi gözələnilir. Yəni, alınan malın alıcının göstərdiyi Azərbaycan ünvanına çatdırılması ilə digər karqo şirkətləri də məşğul olacaqlar.
"Trendyol"un Azərbaycandan olan müştəriləri əvvəlki kimi karqo şirkətlərinin Türkiyədəki ünvanını da göstərə bilərlər. Belə olan halda "Trendyol" malın karqo şirkətinin Türkiyədəki ünvanına təhvil verənədək məsuliyyət daşıyır. Malın Azərbaycana daşınması üzrə yarana biləcək problemlərə görə karqo şirkəti cavab verməlidir. Gözlənilir ki, "Trendyol"un rəsmi şəkildə Azərbaycanın karqo şirkətləri ilə əməkdaşlıq etməyə başlaması, bu çərçivədə vətəndaşın malı almaq üçün "Trendyol.com" saytında öz ünvanını göstərə bilməsi, prosesi onlayn şəkildə sonadək izləməsi, tariflərin aşağı salınması Türkiyədə ofis açaraq malların daşınmasını həyata keçirən karqo şirkətlərinin xidmətlərini əlverişsiz edə bilər.
Son yenilik ilə istifadəçilər Trendyol saytından “Yeni ünvan əlavə et” düyməsini sıxaraq Azərbaycan ünvanlarını da qeyd edə bilərlər. Həmçinin, Trendyol müştərilər üçün “Gəl al” nöqtəsi xidmətini də təklif edir. Bu xidmət ilə istifadəçilər onlara ən yaxın təhvil almaq məkanında sifarişlərini ala bilərlər.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
1 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 49 d. əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
1 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Ən çox oxunanlar
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib























