Əhaliyə verilən su, "bulaq suyu" adı ilə satılır - "ARAZ SU" QADAĞAN OLUNDU, SATIŞI DAYANDIRILDI
“Araz su”da içməli suyun emalı qadağan olunub, qablaşdırılmış suların satışı dayandırılıb.Kütləvi informasiya vasitələrində yayımlanan məlumat əsasında Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 3 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Seyfulla Rəvxan oğlu Həsənəliyevə məxsus “Araz su” içməli su emalı müəssisəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən plandankənar yoxlama həyata keçirilib.
Baxış zamanı müəssisədə mərkəzləşdirilmiş su sistemindən gələn suların (əhaliyə verilən su) filtr edilməklə qablaşdırılmasının həyata keçirildiyi, qida sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilən nöqsanlarla bağlı müəssisədə suyun emalının qadağan olunması və qablaşdırılmış suların satışının dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib və müəssisənin rəhbəri barəsində protokol tərtib olunub. Eyni zamanda, “Araz su” əmtəə nişanlı içməli sudan nümunələr götürülərək müayinələrin aparılması üçün Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Agentlik qeyd edib ki, bəzi hallarda bu sahədə fəaliyyət göstərən subyektlər mərkəzləşdirilmiş su sistemindən gələn suları qablaşdırıb, məhsulun üzərində dağların və bulaqların təsvirlərini göstərməklə, etiket məlumatında həmin suların müxtəlif təbii mənbələrdən, bulaqlardan gətirildiyini qeyd edərək istehlakçıların aldadılmasına yol verirlər. Eyni zamanda, bəzi hallarda belə müəssisələr zirzəmilərdə və ya kiçik obyektlərdə qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərir və məhsullarını yalnız evlərə və ya iş yerlərinə satırlar. Bu da müvafiq nəzarət işlərinin təşkilində istehlakçıların iştirakını zəruri edir.
Bu sahədə fəaliyyət göstərən sahibkarlardan qanunvericiliyin tələblərinə ciddi əməl etmək və istehlakçı hüquqlarını pozmadan fəaliyyət göstərmək tələb olunur. İstehlakçılardan isə sifariş verdikləri qablaşdırılmış içməli sularda hər hansı uyğunsuzluq və şübhəli hallar aşkar edildikdə, dərhal Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, "ARAZ SU" təbii təmizlənmiş minerallaşmış 1-ci sinif içməli su olaraq reklam edilirdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 59 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















