Ukrayna Moldovadan idxalı qadağan edə bilər
Ukrayna İqtisadiyyat Nazirliyinin müavini Taras Kaçka, rəsmi Kişinyovun Ukrayna taxılının və yağlı bitkilərin, o cümlədən buğda və günəbaxanın alınmasına mümkün məhdudiyyətlər tətbiq etməsinə cavab olaraq Kiyevin Moldova istehsalçılarından məhsulların alınmasına qadağa qoymağa hazır olduğunu açıqlayıb.
Marja xəbər verir ki, Kiyev Moldovanın bir sıra bitkilərin idxalına qadağa tətbiq etmək niyyətini tənqid edib.
Xatırladaq ki, şənbə günü Ukraynanın aqrar siyasət və ərzaq naziri Nikolay Solski də Moldova hakimiyyətinin Ukrayna ərazisindən taxıl və yağlı bitkilərin tədarükünü məhdudlaşdırmaq planlarını tənqid edib.
"Biz Kişinyova məlumat verdik ki, Moldova tərəfindən istənilən məhdudiyyət son dərəcə qeyri-dost addım hesab olunacaq və Moldovadan bütün idxallara dərhal qadağa qoyulmasına səbəb olacaq", - Kaçka "European Pravda"nın Ukrayna nəşrinə müsahibəsində bildirib.
O əlavə edib ki, belə bir qadağa üçün bütün sənədlər artıq hazırdır, prosesə start verilib.
Çərşənbə axşamı, mayın 2-də Avropa Komissiyası (AK) Ukraynadan müəyyən taxıl bitkilərinin idxalına qadağa qoyulması layihəsinin tam hazır olduğunu bəyan edib. Belə ki, Ukrayna ərzaq məhsullarının bir sıra Avropa ölkələrinə daşınması bu olkələrin kənd təsərrüfatı iqtisadiyyatında böhrana səbəb olur. AK-nin fikrincə, Ukrayna ərzaq məhsulları həqiqətən ehtiyac duyulan ölkələrə logistik marşrutlar üzrə hərəkət etməlidir. Qadağa mayın 2-dən qüvvəyə minib və bu il iyunun 5-dək davam edəcək.
Moldovadakı “Fermerlərin Gücü” Assosiasiyası siyasətçiyə analoji qadağanın tətbiq edilməsi tələbi ilə müraciət edib. Ölkənin Kənd Təsərrüfatı Nazirliyi cavab verib ki, Ukraynadan idxala belə bir moratorium tətbiq etməyə hazırdır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























