Abşeron Logistika Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbir keçirilib
(®) Mayın 5-də Abşeron Logistika Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Tarix yazan imza” adlı tədbir keçirilib.
Keçirilən tədbirdə Abşeron Logistika Mərkəzinin kollektivi, həmçinin Qaradağ Rayon İcra hakimiyyəti və Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə yanaşı bir sıra digər dövlət rəsmiləri də iştirak edib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi fəaliyyətinə həsr olunmuş video-çarxa baxıldıqdan sonra ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev vurğulayıb ki, Heydər Əliyev Azərbaycan xalqının azadlıq və müstəqilliyi, ölkədə sabitliyin əldə olunmasında, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində, dövlətçilik ənənələrinin formalaşdırılmasında, xalqının gələcəyi üçün geniş imkanlar yaradan liderdir. O, ümummilli liderin nəqliyyat-kommunikasiya infrastrukturunun inkişaf etdirilməsində, ölkəni xarici dövlətlərlə birləşdirən quru, dəniz, hava və dəmir yolu strukturlarının qurulmasında müstəsna rolundan söz açıb. O, zamanında qlobal prosesləri nəzərə alan Heydər Əliyevin Azərbaycanın beynəlxalq inteqrasiyası məsələsində vacib olan transmilli yükdaşımaya, nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılması prosesinə xüsusi yanaşmasını vurğulayıb.
Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin depupatı Aydın Hüseynov və tədbirin digər iştirakçılarına söz verilib. Onlar da öz növbəsində Heydər Əliyevin bir çox sahələrdə bizə miras qoyduğu milli strategiyalardan və diplomatik uğurlardan danışıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























