Rusiyada 7.8 bal gücündə zəlzələ
Rusiyanın şimal-şərqindəki Kamçatka Yarımadası yaxınlığında 7,8 bal gücündə zəlzələ baş verib.
ABŞ Geoloji Araşdırma Mərkəzindən (USGS) bildiriblər ki, zəlzələ Kamçatka Yarımadası yaxınlığında, Berinq Dənizində olub.
Açıqlamada, zəlzələnin mərkəzinin Alyaskanın cənubundakı Near Arxipelaqlarının qərbi olduğu bildirilib.
Zəlzələ 200 kilometrlik bir məsafəyə təsir edib.
ABŞ-dan də hiss edilən zəlzələ ilə bağlı açıqlama verən ABŞ Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzi isə zəlzələnin mərkəzindən 300 kilometrədək məsafədə olan sahillərdə "sunami təhlükəsi" barədə xəbərdarlıq edib.
Mərkəzin açıqlamasında, ABŞ-ın Kaliforniya, Oreqon, Vaşinqton və ya Alyaska sahilləri üçün belə bir qorxunun olmadığı ifadə edilib.
Peruda 6,6 gücündə zəlzələ baş verib
Perunun cənubunda 6,6 gücündə zəlzələ baş verib.
RİA Novostinin verdiyi xəbərə görə, yeraltı təkanların episentri Kamana şəhərindən 104 km qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Komandor adaları yaxınlığında, Berinq dənizində 7,4 bal gücündə zəlzələ baş verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 34 d. əvvəl
- 46 d. əvvəl
- 11 saat əvvəl
-
13 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 13 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb






















