Unibankda nağdsız əməliyyatların həcmi rekord məbləğə çatıb
(®) Unibank ölkədə nağdsız dövriyyənin artırılmasına hər zaman dəstək verməkdə davam edir. Bu ilin 1-ci rübündə 2022-ci ilin ilin eyni dövrü ilə müqayisədə Unibank kartları üzrə nağdsız əməliyyatların həcmi 3 dəfə artıb. Bununla da nağdsız dövriyyənin məbləğində rekord göstərici qeydə alınaraq, bu rəqəm 1.8 milyard manatı ötüb.
2023-cü ilin birinci rübündə ayrı-ayrılıqda Unibank kartlarından 294 milyon manat məbləğində POS-terminal və 1.5 milyard manat məbləğində isə elektron ticarət üzrə nağdsız əməliyyat keçib.
Ümumilikdə isə ötən ilin eyni dövrü ilə müqayisədə 2023-cü ilin ilk rübündə Unibank kart sahiblərinin sayında rekord həcmdə- 48% artım olub.
Müştərilərin nağdsız əməliyyatlar zamanı Unibank kartlarını seçməyinin bir çox üstünlükləri var. Əvvəla, Unibank kartları hər kəs üçün əlçatandır. Hər bir vətəndaşımız bank filialına yaxınlaşaraq, günlərlə gözləmədən, dərhal, yerindəcə, həm də pulsuz UCard ala bilər. Dörd fərqli valyutada hesabları olan (AZN, USD, EUR, GBP) debet kartını və AZN valyutalı kredit xəttini birləşdirən UCard, hər parametri ilə müştərinin tələbatına və rahatlığına uyğunlaşdırılıb. UCard alış-verişlərdə 30%-dək keşbek verir, kart qalığına illik 6%-dək gəlir əldə etmək mümkündür, dünyanın bütün market, restoran və YDM-lərində Apple Pay və Google Pay-la ödəniş zamanı dövriyyə tələbi olmadan 5% keşbek imkanı qazandırır. Unibank UTM-lərindən karta 24/7 istədiyiniz məbləğdə və toplu şəkildə mədaxil imkanı və vəsaitin dərhal balansa oturması, ölkədaxili başqa bank kartlarına aylıq 2000 AZN-dək komissiyasız card to card əməliyyatları da UCard-ın üstünlkləri sırasındadır.
Əgər hələ də UCard-nız yoxdursa, “Unibank”ın sizə yaxın filialına yaxınlaşaraq, kartı dərhal əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub






















