DəmirBank 100-ə yaxın yeni işçi götürdü
2017-ci ilin birinci yarısında 94 yeni əməkdaş DəmirBank ailəsinə qoşulub.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, işə qəbul olunanlar sırasında İT, xəzinədarlıq, hüquq kimi müxtəlif sahələr üzrə department direktorları, şöbə müdirləri və mütəxəssislər var.
"DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır, vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçirilirlər.
DəmirBank əməkdaşlarının peşəkar inkişafını təmin etmək, onların motivasiyasını və komanda ruhunu yüksəltmək məqsədi ilə təhsil və təcrübə almalarına daim dəstək göstərir. Belə ki, Bank əməkdaşlarına mütəmadi olaraq müxtəlif tanınmış xarici və yerli təlim şirkətlərinin proqramlarından bəhrələnmə imkanı yaratmaqla yanaşı, ölkəmizin qabaqcıl təhsil, təlim müəssisələrinin layihələrindən istifadə imkanlarını da gerçəkləşdirir",- Bankın məlumatında deyilir.
DəmirBank-ın hazırda aktiv olan vakansiyaları haqda http://demirbank.az/vakansiyalar/ saytından detallı məlumat əldə edə bilərsiniz.
Qeyd edək ki, 28 illik zəngin tarixə malik DəmirBank-ın 11 beynəlxalq investor tərəfindən məcmu kapitalının artırılması qərarı verilmişdir. Məcmu kapitalın əhəmiyyətli dərəcədə artırılması planı Bankın xarici öhdəliyinin (105 milyon USD) 1-ci dərəcəli kapitala çevrilməsini nəzərdə tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur









.jpg)






.jpg)



