Dörd illik fasilədən sonra Tbilisidən Moskvaya reys
Gürcüstanın milli aviadaşıyıcısı "Georgian Airways" Tbilisidən Moskvaya birbaşa reyslərə başlayıb. Təyyarə Tbilisi Beynəlxalq Hava Limanından yerli saat 08:00-da havaya qalxıb. Moskva Vnukovo hava limanına gözlənilən eniş vaxtı 10:15-dir.Gürcüstanın “Georgian Airways” aviaşirkətinin ilk təyyarəsi dörd illik fasilədən sonra Tbilisidən Moskvaya uçub.
Uçuş icazəsi mayın 16-da verilib.
Marja Rusiya mətbuatına istinadən xəbər verir ki, təyyarə təxminən 80% dolub. Sərnişinlərdən birinin verdiyi məlumata görə, bilet alarkən heç bir çətinlik olmayıb. “Yeganə odur ki, “Georgian Airways”in mobil tətbiqi yoxdur, ona görə də hər şeyi internet saytı vasitəsilə almaq lazım idi”, o deyib. Həmçinin qeydiyyat zamanı yer seçmək imkanı yoxdur.
Bəzi sərnişinlər ölkələr arasında hava hərəkətini bərpa edilməsindən şad olduqlarını bildiriblər.
Cümə günü Rusiyanın "Azimut" aviaşirkətinin təyyarəsi dörd illik fasilədən sonra ölkələr arasında ilk uçuşu həyata keçirərək Gürcüstanın paytaxtının hava limanına enib.
Rusiyanın “Red Wings” aviaşirkəti də Tbilisi və Kutaisiyə uçuşlar üçün Gürcüstanın Mülki Aviasiya Agentliyindən icazə alıb.
Rusiya prezidenti Vladimir Putin mayın 10-da Gürcüstanla mayın 15-dən etibarən viza rejimini ləğv edib, həmçinin Rusiya aviaşirkətləri üçün ölkəyə birbaşa reyslərə qoyulan qadağanı ləğv edib.
Gürcüstanın milli aviadaşıyıcısı həftədə yeddi dəfə Rusiya paytaxtına uçacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)









.jpg)






