Azərbaycanın bank sektorunda son vəziyyət açıqlandı
30 aprel 2023-cü il tarixinə fəaliyyətdə olan bankların cəmi aktivləri 45 milyard 582.7 milyon manat, cəmi öhdəlikləri 39 milyard 771.3 milyon manat, balans kapitalı 5 milyard 811.4 miylon manat olmuşdur.
Marja.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın bank sektoru ilə bağlı Statistik bülletenində bildirilir.
Aprel ayında bankların kredit portfeli 1.7% və ya 341 milyon manat artaraq 20 milyard 379.6 milyon manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 54.5% (11 milyard 108 milyon manat), ıı) istehlak kreditləri – 29.8% (6 milyard 72.3 milyon manat) və ııı) ipoteka kreditləri – 15.7% (3 milyard 199.3 milyon manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.9 faiz bəndi azalaraq 2.8% təşkil etmişdir
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 81.4%-i və ya 32 milyard 366.9 milyon manat). Bankların depozit portfeli cari ilin aprel ayında 1.4% və ya 433.7 milyon manat artmışdır. Depozit portfelinin 63.1%-i (20 milyard 411.5 milyon manat) hüquqi şəxslərin, 36.9%-i (11 milyard 955.4 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Hesabat ayında bankların əmanət portfeli 2% və ya 236 milyon manat artmışdır. Əmanət portfelinin 53.3%-i (6 milyard 376.2 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 17 milyard 445.6 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 85.5%-ni təşkil etmişdir. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması aprel ayında ilin əvvəlinə nəzərən 2 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 2.4 faiz bəndi azalaraq 37.2% təşkil etmişdir.
2023-cü ilin yanvar-aprel aylarında banklar 345.2 milyon manat xalis mənfəət, 512.9 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 39% və 32% artmışdır.
30 aprel 2023-cü il tarixinə fəaliyyət göstərən 25 bankın filiallarının sayı 493, şöbələrinin sayı 94, ATM-lərin sayı 3002 olmuşdur. Hesabat ayında da bank sektorunda çalışanların sayında artım trendi davam etmişdir. Belə ki, aprel ayında bank əməkdaşlarının sayı 0.4% və ya 94 nəfər artaraq 23,258 nəfər təşkil etmişdir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
























