Bu il əhalinin banklara cəmi borcu 532 milyon manat artıb
Əhalinin banklara kredit borcu 9 milyard manat, biznesin borcu isə 11 milyard manat həddini də keçibBank sektorunun kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 2023-cü ilin yanvarında 75 milyon manat, fevralında 88 milyon manat, martında 281 milyon manat artdıqdan sonra, aprel ayında 341 milyon manat artıb.
Marja.az Mərkəzi Bankın aylıq statistikasına istinadən xəbər verir ki, martın sonunda bank sektorunun kredit portfeli 20 milyard 39 milyon manat ikən, aprelin sonunda 20 milyard 380 milyon manata çatıb.
O cümlədən, apreldə biznes kreditləri 136 milyon manat artaraq 11 milyard 108 milyon manata, istehlak kreditləri 130 milyon manat artaraq 6 milyard 72 milyon manata, ipoteka kreditləri isə 75 milyon manat artaraq 3 milyard 199 milyon manata yüksəlib.
2023-cü ilin ilk 4 ayında (yanvar-aprel) biznes kreditləri 252 milyon manat, istehlak kreditləri 318 milyon manat, ipoteka kreditləri isə 214 milyon manat artıb. İlk 4 ayda cəmi kredilər 785 milyon manat artıb.
İstehlak kreditləri və ipoteka kreditləri portfeli (cəmi 9 milyard 271 milyon manat) əhalinin banklara olan qalıq borcudur.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub






















