Konstitusiya Məhkəməsi ipoteka krediti ilə bağlı qəbul etdiyi qərarına aydınlıq gətirdi
Son günlərdə bəzi media subyektləri və sosial şəbəkə istifadəçiləri tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli Qərarında əks olunan hüquqi mövqelər cəmiyyətdə fərqli fikirlərin formalaşmasına səbəb olmuşdur.
Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən Marja-ya daxil olmuş məlumata görə, bununla bağlı ilk növbədə qeyd etmək istəyirik ki, Bakı Apellyasiya Məhkəməsinin Konstitusiya Məhkəməsinə ünvanlanmış müraciətində qaldırılan məsələ əsas borcluya, borclu öldüyü təqdirdə isə onun vərəsələrinə qarşı tələb irəli sürülmədən, ipoteka qoyana qarşı (əsas borclu və ipoteka qoyan fərqli şəxslər olduğu halda) ipoteka predmetinə tutmanın yönəldilməsi barədə qaldırılan iddiaların təmin edilib-edilməməsi ilə bağlı olmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu qəbul etdiyi Qərarda göstərmişdir ki, “İpoteka haqqında” Qanunun 48-ci maddəsində borclunun ölümü ipoteka müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclunun ölümü ipoteka müqaviləsinə münasibətdə hər hansı hüquqi nəticəyə səbəb olmur. Yəni borclu öldüyü halda da ipoteka müqaviləsi üzrə öhdəlik davam edir.
Qərarda o da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr miras qoyanın vəzifələrini (öhdəliklərini) də qəbul etmiş olurlar.
Sonda Konstitusiya Məhkəməsinin Plenumu qanunvericiliyin müvafiq normalarını nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, əsas öhdəlik üzrə borclu (məsələn, kredit müqaviləsi üzrə borclu), o cümlədən sonuncunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər. Yəni öhdəlik pozulduğu halda əsas borcluya və ya vərəsələrə qarşı iddia qaldırmadan, qanunvericiliklə müəyyən olunmuş qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi barədə tələb mümkün hesab edilmişdir.
Nəzərə alınmalıdır ki, ipoteka hüququ kifayət qədər geniş anlayış olmaqla, qanunvericiliklə nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Müraciətdə şərh edilməsi xahiş olunan məsələ məhz İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə və ya digər şəkildə alınmış ipoteka krediti ilə əlaqəli olmamaqla, ümumiyyətlə hüquqi kateqoriya kimi öhdəliklərin icrasının təmini üsulu olaraq ipoteka (girov) institutu ilə bağlıdır.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 17 d. əvvəl
-
- 25 d. əvvəl
- 34 d. əvvəl
-
45 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma







.jpg)




.jpg)











.jpg)

