BVF: ABŞ faiz dərəcələrini artırmağa davam etməlidir
Beynəlxalq Valyuta Fondunun (BVF) sədri Kristalina Georgiyeva ABŞ-da inflyasiyanın 2 faizlik hədəfə endirilməsi üçün uzunmüddətli sərt pul siyasətinin tələb olunacağını bildirərək, “Daha uzun müddət ərzində faiz dərəcələrinin bir qədər yüksək olması lazım gələcək" deyib.
Marja xəbər verir ki, Georgieva ABŞ iqtisadiyyatı ilə bağlı qiymətləndirmələr edib.
ABŞ iqtisadiyyatının dayanıqlı olduğunu sübut etdiyini bildirən Georgieva, istehlakçı tələbinin yaxşı qorunduğunu, əvvəlcə yığımlarla, son zamanlarda isə istifadə edilə bilən gəlirin artması ilə dəstəkləndiyini söyləyib.
Georgieva, ABŞ iqtisadiyyatının bu il 1,2 faiz artacağını və 2024-cü ilə qədər sürətini qoruyacağını gözlədiklərini ifadə edib.
2024-cü ilin sonuna qədər işsizliyin tədricən artacağını və 4,5 faizə yaxınlaşacağını gözlədiklərini vurğulayan Georgieva, əmək bazarının hələ də kifayət qədər güclü olduğunu vurğulayıb.
Georgieva, davamlı tələbi və güclü əmək bazarını "iki tərəfli qılınc" kimi təsvir edərək, bunun amerikalı ailələri dəstəkləməyə kömək etdiyini, eyni zamanda inflyasiyanın gözləniləndən daha davamlı olmasına töhfə verdiyini əlavə edib.
İnflyasiyanın FED-in hədəfinin üzərində qalacağı gözlənilir
Əsas inflyasiyanın bu ilin sonuna doğru tədricən 4 faiz civarına düşəcəyini gözlədiklərini ifadə edən Georgieva, inflyasiyanın 2024-cü il boyu FED-in orta müddətli hədəfinin üzərində qalacağını gözlədiklərini ifadə edib.
"İnflyasiyanın 2 faizlik hədəfə qaytarılması qəti şəkildə uzunmüddətli sərt pul siyasəti tələb edəcək", - Georgieva deyib.
Faiz dərəcələrinin 2024-cü ilin sonuna qədər 5,25% ilə 5,5% arasında qalmasını gözlədiklərini ifadə edən Georgieva, "Daha uzun müddət faiz dərəcələrinin bir az daha yüksək olması lazım olacaq",- bildirib.
İqtisadiyyat və inflyasiya dinamikası ilə bağlı hələ də yüksək qeyri-müəyyənliyin olduğuna diqqət çəkən Georgieva, FED-in diqqətli ünsiyyətinin vacibliyini vurğulayıb.
“Dövlət borcunun azaldılması üçün daha çox iş görülməlidir”
BVF sədri Georgiyeva ABŞ-ın dövlət borcunu azaltmaq üçün daha çox iş görülməli olduğunu bildirib.
Açıq ticarət siyasətinin davam etdirilməsinin ABŞ iqtisadiyyatının böyüməsinə əhəmiyyətli dərəcədə töhfə verdiyini bildirən Georgieva, son bir neçə ildə tədarük zəncirlərinin dayanıqlılığına dair qlobal narahatlıqların artdığını deyib.
Georgieva, bunun qlobal təchizat zəncirində parçalanma riski yaratdığını və ticarət tərəfdaşları tərəfindən cavab tədbirləri gördüyünü deyib və bunun ABŞ-ın iqtisadi inkişafı, məhsuldarlığı və məşğulluğu üçün son nəticədə pis olacağından narahatlığını bildirib.
ABŞ-da borc limiti ilə bağlı sualları cavablandıran Georgieva, "Biz mümkün qədər tez bir həll yolu görmək istəyirik" deyib.
Georgieva vurğulayıb ki, "borc limiti ilə bağlı yaxşı nəticəyə gəlmək ABŞ və dünya iqtisadiyyatı üçün “çox vacibdir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
1 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 1 saat əvvəl
-
2 saat əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
3 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
3 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma






.jpg)










.jpg)








