“Azercell Telekom”un tərəfdaşları ilə həyata keçirdiyi “Uşaq Hüquqlarının Qorunması Həftəsi” baş tutub
Silsilə tədbirlərdən ibarət layihə həssas qrupa aid olan uşaqları əhatə etdi
(®) “Azercell Telekom” MMC Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi, AR Ədliyyə Nazirliyi, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, UNİCEF Azərbaycan və Avropa İttifaqı ilə birgə əməkdaşlıqda 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün silsilə tədbirlər həyata keçirdi.
Bir həftə boyunca uşaq hüquqlarının müdafiəsinə həsr edilmiş müxtəlif fəaliyyətlərdən ibarət proqram həssas qrupa aid uşaqları (sosial təcrid şəraitində yaşayan və azadlıqdan məhrum edilmiş azyaşlılar, zorakılığa məruz qalan uşaqlar) əhatə etdi.
Layihə çərçivəsində Ümidli Gələcək STİB-nin xidmət mərkəzlərində qeydiyyatda olan, Uşaq Tərbiyə Müəssisəsində yaşayan, Probasiya xidməti nəzarətinə verilən, həmçinin Azərbaycan Uşaq Qaynar Xətt (AUQX) xidmətinə müraciət edən uşaq və yetkinlik yaşına çatmayan uşaqlarla görüş keçirildi, tanınmış simalar öz uğur-motivasiya hekayələrini bölüşdülər. Həssas qruplara aid uşaqların asudə vaxtının səmərəli təşkili üçün art terapiya, psixoterapiya sessiyaları, komanda oyunları, ekskursiyalar baş tutdu.
Həftəlik uşaq hüquqlarının müdafiəsinə xidmət edən dəstək kanalları və AUQX xidməti barədə maarifləndirici aksiya, Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konfrans ilə başa çatdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
8 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 18 saat əvvəl
-
22 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
