Birjalarda son vəziyyət
Cümə günü açıqlanan ABŞ-ın qarışıq əmək bazarı göstəriciləri hesabatı may ayında məşğulluq artımının sürətləndiyini, lakin əmək haqqı artımlarının orta səviyyədə qaldığını göstərdi. Eyni zamanda işsizlik səviyyəsinin artması da əmək bazarında şəraitin zəifləməsi fikrini dəstəklədi.
Analitiklərin fikrincə məşğulluq məlumatları FED-in qarşıdakı iclasında faiz artımını dayandıracağına dair ehtimalları gücləndirdiyini vurğulayır. Bu, FED-in aqressiv antiinflyasiya siyasətini sərtləşdirməyə başlamasından bəri ilk fasilə olacaq.
Bazar ertəsi açıqlanacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi göstəricilərinin may ayında ardıcıl yeddinci aydır geriləyən Sənaye Sektorunda Biznes Aktivliyi İndeksindən fərqli olaraq artacağı proqnozlaşdırılır.
Cari həftədə FED-in 13-14 İyun tarixlərində keçirəcəyi iclasdan əvvəl sükut dövrünün yaşanması səbəbindən pul-kredit siyasətinin perspektivinə dair rəsmi açıqlamalar gözlənilmir.
Lakin həftənin çərşənbə günü ticarət saldosu və cümə axşamı işsizlik müavinatı üçün müraciətlərin sayına dair statistik rəqəmlər investorların diqqət mərkəzində olacaq.
Ötən həftəni də 104 bənd səviyyəsində başa vuran DXY-da “buğalar” qiymətləri 103.50 bənd səviyyəsindəki psixoloji müqavimət həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter ala bilər.
EUR
Ötən həftəni 1.07$ hədlərində tamamlayan EUR/USD məzənnəsində cari ticarət həftəsində tendensiyanın formalaşmasına təsir göstərə biləcək əsas faktorlar arasında Avrozonada açıqlanacaq Ümumdaxili məhsulun həcmi və Avroznada, eləcədə, Almaniyada dərc olunacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi göstəricilərini qeyd etmək olar. Təhlillərə əsasən EUR/USD məzənnəsində qiymətlər 1.0900 həddinin altında qaldığı müddətdə, eniş tendensiyası daha kəskin xarakter ala bilər.
Avropa Mərkəzi Bankı inflyasiya gözləntilərinin davamlı olub-olmadığını göstərəcək istehlakçı gözləntiləri sorğusunun nəticələrini çərşənbə axşamı açıqlayacaq.
Həmçinin ECB sədri Kristin Laqard bazar ertəsi Avropa Parlamentinin İqtisadiyyat və Valyuta Məsələləri Komitəsi qarşısında ifadə verəcək və onun şərhləri yaxından izləniləcək.
Mərkəzi Bankın 15 iyun iclasından əvvəl cümə axşamı sükut dövrünə girməzdən əvvəl açıqlama verəcək digər ECB rəsmiləri arasında idarə heyətinin üzvləri Luiz de Quindos və Fabio Panetta da var.
GBP
Dollar qarşısında ötən həftə 1.2670 hədlərinə kimi bahalaşan funt-sterlinq burada müqavimətlə qarşılaşaraq yenidən ucuzlaşdı və həftəni 1.2440 hədlərində başa vurdu. GBP/USD məzənnəsində qiymətlərin necə dəyişəcəyi ilə bağlı suallara aydınlıq gətirmək üçün bu həftə investorlar İngiltərədə dərc olunacaq tikinti və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəricilərinin necə açıqlanacağını izləyəcəklər.
GOLD
Ötən həftənin əvvəlində Amerikada borc böhranı ilə bağlı müzakirələrdə uzlaşmanın əldə olunması fonunda bahalaşan qızıl həftənin son ticarət günündə ABŞ-da artımla açıqlanan NFP məlumatlarından sonra yenidən 1930$-a kimi ucuzlaşdı və həftəni bu səviyyədə başa vurdu. Təhlillərə əsasən qiymətli metalın bir unsiya üzrə dəyəri 2000$ səviyyəsinin altında qalar və 1920$ həddini aşağıya doğru qırarsa, eniş tendensiyası daha da dərinləşə bilər.
Məlumat investAZ şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
8 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 20 d. əvvəl
- 22 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq

























