Qlobal birjalarda son vəziyyət
İnvestorların gələn həftə gərgin iqtisadi məlumatlar gündəmi ərəfəsində ehtiyyatlı davranması fonunda dünən ticarət gününün sonunda dollar indeksində ucuzlaşma müşahidə edildi.
Bundan başqa ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı iyunun 3-də bitən həftədə 261 000 nəfərə yüksəlib, bu, 2021-ci ilin oktyabrından bəri ən yüksək səviyyədir.
Həftəlik işsizlik müraciətlərindəki artımın əmək bazarının soyuya biləcəyinə işarə olduğunu ifadə edən analitiklər, investorların gələn həftə açıqlanacaq inflyasiya məlumatları ilə yanaşı ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) faiz qərarını gözlədiklərini vurğulayıblar.
Beynəlxalq Valyuta Fondu (BVF) ABŞ-da inflyasiya tempinin yavaşladığını, lakin əsas narahatlıq olaraq qaldığını vurğulayaraq, FED-i sərt monetar siyasət kursunda qalmağa çağırıb.
Dünən ticarət gününün sonlarına doğru dollar indeksi yenidən 103.24 səviyyəsinə qədər geriləyib. “Buğalar” DXY-ı 103.50 bənd həddindəki psixoloji baryerin üzərinə qaytara və bu həddin üzərində saxlaya bilsələr, artım tendensiyası 105 və 108 bənd hədlərinə kimi davam edə bilər.
Çərşənbə günü ucuzlaşan qızılın qiyməti dünən 1941$ həddindən dəstək alaraq yenidən 1960$-ın üzərinə yeksəlib. Hazırda 1963$-dan təklif edilən qiymətli metalın bir unsiya üzrə dəyəri 1967$-ın üzərinə yüksəlsə və bu həddin üzərində möhkəmlənə bilsə, artım tendensiyası 1982$ və 1994$-a kimi davam edə bilər.
Məlumat investAZ şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 5 d. əvvəl
- 7 d. əvvəl
-
59 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq



















