Mərkəzi Bank əmlak sığortasının nə üçün icbari olduğunu izah etdi - "REAL GÖRÜNMÜR"
Bir neçə gün öncə Milli Məclisin deputatı Fazil Mustafa bildirmişdi ki, mənzillərin icbari sığortası bütün hallarda könüllü olmalıdır.
Marja xəbər verir ki, Mərkəzi Bankın baş direktoru Ziya Əliyev məsələ ilə əlaqədar
Ziya Əliyev, "Ziya müəllim, əgər elədirsə daşınmaz əmlakın sığortasının könüllü qaydada aparılması niyə gerçəkləşmir? Ölkəmizdə daşınmaz əmlak sığortasının icbariliyi hansı zərurətdən irəli gəlir? sualına belə cavab verirb:
"Daşınmaz əmlakın sığortası mexanizminin az əvvəl izah etdiyimiz faydaları o zaman tam miqyası ilə gerçəkləşmiş olur ki, ölkədə bütün mülkiyyətçilər tərəfindən əmlakın sığortası əldə edilmiş olsun. Daşınmaz əmlakın könüllü qaydada sığortası ilə bu əhatəni təmin etmək gəlin razılaşaq ki, hələ ki, real görünmür. Bu iki fundamental amillə izah oluna bilər. Birincisi, ölkə əhalisinin sovet iqtisadiyyatı keçmişi ilə bağlı yaranmış mental modelidir. Bildiyiniz kimi sovet iqtisadiyyatında bütün mülkiyyət dövlətə məxsus idi, ona görə əmlakla bağlı risklər də dövlətin üzərində idi. Təbii və təbiətlə bağlı olmayan hadisələr nəticəsində mülkiyyətə dəyən zərərlər dövlət tərəfindən qarşılanırdı. Ona görə də “əmlakımıza dəyən zərərlə bağlı dövlət maliyyə yardımı edəcəkdir” gözləntisi daşınmaz əmlakla bağlı risklərin sığortaya ötürülməsi təcrübəsinin formalaşmasının önünə keçir. İkincisi, sığorta münasibətləri cəmiyyətimiz üçün yenidir, əhalinin mühüm hissəsi əmlakla bağlı sığorta münasibətlərinə daxil olmadığından bu sahədə lazımı məlumatlığa və təcrübəyə malik deyildir. Belə olan halda əhalinin və iş adamlarının könüllü və kütləvi qaydada daşınmaz əmlak sığortasına müraciət etməmələri anlaşılandır.
Daşınmaz əmlak sığortası qeyri-icbari qaydada aparıldıqda vətəndaşlar və iş adamları arasında bunu edənlər və etməyənlər olacaqdır. İndi təsəvvür edək ki, təbii və ya təbiətlə bağlı olmayan hadisələr nəticəsində vətəndaşlar və iş adamları zərərlə üzləşmişlər. Sığorta olunan əmlaklara görə sahiblərinə sığorta ödənişi verilir və zərərlər kompensasiya olunur. Sığorta olunmayan əmlakların sahibləri isə yardım üçün dövlətə müraciət edir. Dövlət də büdcəyə ödənilən vergilər hesabına həmin zərərləri ödəyir. Həmin vergilərin bir hissəsi də əmlakını sığorta etmiş vətəndaşlar və iş adamları tərəfindən ödənilir. Bu sosial ədalət prinsipindən yayınmaya səbəb olur. Çünki, əmlakını sığorta edənlər həm sığorta haqqının yükünü, həm də sığortası olmayanların zərərlərinin kompensasiyası yükünü daşımış olurlar.
Ona görə də daşınmaz əmlak sığortasının kütləviliyinə, onun tam penetrasiyasına nail olmaq üçün xüsusilə ilkin dövrlərdə onun icbari xarakter daşıması məqsədəuyğun hesab olunmuşdur. Təbii ki, istənilən qanunvericiliyin tələblərinin pozulmasında olduğu kimi, daşınmaz əmlakın sığortasının əldə edilməməsinə görə də cərimə mexanizmləri nəzərdə tutulmuşdur.
Eyni zamanda qeyd edim ki, qanunveriiclikdə təbii fəlakətlər zamanı sığortasız yaşayış və qeyri yaşayış sahələrinə ziyan dəydikdə sadəcə zərər məbləğinin 20%-dək hissəsi dövlət tərəfindən qarşılanır. Bu daşınmaz əmlakın sığortasını daha da vacib edir. Ona görə də təbii fəlakətlər zamanı yaranmış itkilərin kompensasiyasında dövlətin dəstəyini tam əldə etmək üçün daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinin əldə edilməsi vacibdir.
Bir məsələni də mütləq qeyd etməliyik ki, aztəminatlı ailələrə məxsus daşınmaz əmlakların sığorta haqqı dövlət büdcəsindən ödənilir. Burada məqsəd gəlir səviyyəsindən asılı olmayaraq bütün vətəndaşların daşınmaz əmlaklarının sığorta təminatını təşkil etməkdir".
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
-
1 saat əvvəl
"Kristal Bakı" inşaat şirkəti gəlirinin 1000 dəfədən çox artdığını açıqladı
-
1 saat əvvəl
Bankların biznes kreditləri portfeli 157 milyon manatdan çox azalıb
-
1 saat əvvəl
İşçilərinizi 7 kritik xəstəlikdən sığortalayın - İldə cəmi 37 AZN
-
2 saat əvvəl
Ölkəmizdə ödəniş kartlarının sayı 22 milyonu ötüb, nağdsız əməliyyatların həcmi 11%-dən çox artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb
-
2 saat əvvəl
Banklar 1 ayda 80 milyon manatdan çox xalis qazanc əldə ediblər
-
2 saat əvvəl
1 hektar pambıq 25 manata, 1 qoyun cəmi 7 manata sığortalanır – Fermerlərlə görüş keçirilib
-
2 saat əvvəl
Bank sektorunda son vəziyyət açıqlandı - 2026-CI İLİN İLK RƏQƏMLƏRİ
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İşçilərinizi 7 kritik xəstəlikdən sığortalayın - İldə cəmi 37 AZN
Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb
Banklar 1 ayda 80 milyon manatdan çox xalis qazanc əldə ediblər
1 hektar pambıq 25 manata, 1 qoyun cəmi 7 manata sığortalanır – Fermerlərlə görüş keçirilib
Bank sektorunda son vəziyyət açıqlandı - 2026-CI İLİN İLK RƏQƏMLƏRİ
BOKT-un nizamnamə kapitalı 3 milyon manatı aşıb
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
“Zirə Gülçülük” şirkətinin gəliri və xalis mənfəəti azalıb




















