Unibank müştəriləri rekord məbləğdə keşbek qazanıb
Unibank kartları istifadəçilər tərəfindən ən yüksək keşbek qazandıran kart məhsullarından sayılır. Təkcə bu ilin 5 ayı ərzində Unibank kartları istifadəçiləri 2 milyon manatdan çox keşbek qazanıblar. May ayında isə keşbek dövriyyəsində və keşbek qazanan bank müştərilərinin sayında rekord hədd qeydə alınıb. İlin əvvəlindən bəri nağdsız ödənişlərin məbləğində 10 milyon manatdan çox, keşbek qazanan müştəri sayında isə 20% artım olub.
Unibank kartları ilə alış-verişlərdə market, yanacaqdoldurma məntəqələri, kafe-restoranlar xüsusi yer tutur. Çünki qeyd olunan xidmət və ticarət obyektlərində Apple Pay və Google Pay ilə ödəniş edən UCard sahibləri dövriyyə tələbi olmadan, dərhal yüksək keşbek qazanırlar. Dövr ərzində Apple Pay və Google Pay ödənişlərində də kəskin artım qeydə alınıb. İlin əvvəli ilə müqayisədə mayın sonunda Google Pay ödənişləri 60%, Apple Pay ödənişləri isə 30%-ə yaxın artıb.
Hazırda 1000-dən artıq partnyor mağaza və xidmət mərkəzlərində UCard ilə alış- veriş edərkən və xidmətlərdən istifadə zamanı xərclənən vəsaitdən keşbek qazana bilərsiniz.
UCard sahiblərinə 5% keşbek qazandıran ticarət və xidmət kateqoriyaları:
-Dünyanın bütün marketlərində və onlayn marketlərdə - 5%;
-Dünyanın istənilən yanacaqdoldurma məntəqələrində - 5 %;
-Dünyanın istənilən kafe və restoranlarında onlayn sifarişlər də daxil olmaqla – 5%
Ümumi keşbek şərtləri və partnyorların siyahısı ilə daha ətraflı https://unibank.az/az/cards/cashback səhifəsindən məlumat almaq mümkündür. Partnyor və qeyri-partnyor siyahısında istənilən sektordan tərəfdaş tapmaq olar.
Unibank- Sənin Bankın!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
11 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
13 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 14 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı
















.jpg)


