"FED böyük səhv edə bilər"
Tatnınmış iqtisadçı Mohamed El-Erian, FED-in bu gün faiz artırmağı təxirə salsa, böyük səhv edəcəyi barədə xəbərdarlıq edib.Tanınmış iqtisadçı Mohamed El-Erian bazar ertəsi "Financial Times" məqaləsində xəbərdarlıq edib ki, faiz artırmağı dayandırmaq ABŞ mərkəzi bankı (FED) qarşısındakı üç variantdan "potensial olaraq ən az arzuolunan" ola bilər.
Marja xəbər verir ki, əksər investorlar FED-in çərşənbə günü faizlərini sabit saxlayacağını, sonra isə iyulda yenidən artıracağını gözləyirlər. Mohamed El-Erianın sözlərinə görə, investorlar, FED-in iyun iclasının çərşənbə günü başa çatacağı zaman potensial səhvə yol verməsinə hazır olmalıdırlar.
FED İdarə Heyətinin bir sıra üzvü hesab edir ki, mərkəzi bank inflyasiya ilə "müharibəni" dayandırmaqdan əvvəl daha altı həftə iqtisadi məlumatları müşahidə etməlidir. Yəni bu gün faiz artırılmayıb fasilə verilsin, İyul iclasınada iqtisadi məlumatlardan asılı olaraq qərar qəbul edilsin.
PIMCO-nun keçmiş direktoru El-Eriana görə, FED 14 İyun - 25 iyul müddətində çox az şey öyrənə bilər.
El-Erian qeyd edib ki, ABŞ-ın əmək bazarı "isti" qalmaqdadır. Buna görə FED faizlərini yenidən artırmalıdır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 18 saat sonra
-
- 7 d. əvvəl
-
22 d. əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
54 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 54 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yeni sədr müavinləri təyin olunub
-
2 saat əvvəl
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi
-
2 saat əvvəl
Damazlıq yumurta istehsalına görə subsidiya veriləcək - Azərbaycanda bir ilk
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
“Yaban Group” Əhmədlidə restoran açıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
Ən çox oxunanlar
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
“Express Lombard”da yığıncaq keçiriləcək
ADY və İran Dəmir Yollarının rəhbərliyi Astara Terminalında tikinti işlərinin gedişi ilə tanış olub























