Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı
Avropa Mərkəzi Bankı (ECB) iyun ayı üzrə faiz qərarını açıqlayıb.
Marja xəbər verir ki, proqnoza uyğun olaraq, bank depozit faizini 3,50 faizə yüksəldib ki, bu da son 20 ildən çox müddətdə ən yüksək səviyyədir.
Yenidən maliyyələşdirmə dərəcəsi 4 faizə, marjinal maliyyələşdirmə dərəcəsi isə 4,25 faizə çatdırılıb.
Belə ki, bank yüksək inflyasiya ilə mübarizə çərçivəsində 8-ci iclasda faiz artımı tsiklini davam etdirib.
ECB, gələcək qərarlarında faiz dərəcələrinin kifayət qədər məhdudlaşdırıcı səviyyədə olmasını təmin edəcəyini bildirib.
Keçmiş faiz artımlarının iqtisadiyyata mərhələli şəkildə təsir etdiyi bildirilib, məlumatlara əsaslanan yanaşmanın davam edəcəyi ifadə edilib.
İnflyasiya və iqtisadi artım proqnozlarına yenidən baxılıb.
ECB rəsmiləri inflyasiyanın uzun müddət daha yüksək qalacağını bildirib və 2023-cü il üçün inflyasiya proqnozunu 5,3 faizdən 5,4 faizə yüksəldib. 2024-cü il üçün gözlənti 2,9 faizdən 3 faizə yüksəldilib.
Baza inflyasiya proqnozu 2023-cü il üçün 4,6 faizdən 5,1 faizə, 2024-cü il üçün isə 2,5 faizdən 3 faizə yüksəldilib. Qiymət təzyiqlərinin güclü olaraq qaldığı vurğulanıb.
İqtisadi artım proqnozları aşağı salınıb. 2023-cü il üçün proqnoz 1 faizdən 0,9 faizə, 2024-cü il üçün proqnoz isə 1,7 faizdən 1,5 faizə endirilib.
ECB-dən fərqli olaraq, ABŞ Federal Ehtiyat Sistemi dünən faiz artırmağa fasilə verib.
Avropa Mərkəzi Bankının faiz artırmasından sonra Avro daha da bahalşaıb. Bakı vaxtı ilə saat 17:59-a olan məlumata görə, Avro/Dollar məzənnəsi 0,6% artımla 1.09 dollar səviyyəsinə çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
4 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
13 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)



.jpg)







