Milyonerlər Çindən köçür
Yeni araşdırmaya görə, dünyanın ikinci ən böyük iqtisadiyyatı və ikinci ən çox əhalisi olan Çin, bu il də ən çox milyonçunun xaricə köçəcəyi ölkə olacaq.İnvestisiya immiqrasiya məsləhət şirkəti "Henley & Partners"ın hesabatına görə, bütün digər ölkələrlə müqayisə edildikdə; Çinin bu il immiqrasiya səbəbindən ən çox dollar milyoneri itirən ölkə olacağı gözlənilir.
Marja hesabata istinadən xəbər verir ki, 2022-ci ildə Çindən 10 800 yüksək gəlirli şəxs mühacirət edib, bu il isə daha 13 500 nəfərin ölkəni tərk edəcəyi gözlənilir.
"Bu, pandemiya ilə başlayan bir şey deyil" -hesabatın yaradılmasına kömək edən qlobal sərvət kəşfiyyatı şirkəti olan "New World Wealth"in Tədqiqat Direktoru Endryu Amoils bildirib.
Çinin son on ildə hər il ən böyük milyonçu getməsi ilə üzləşdiyini deyən Amoils, “Son çıxışlar həmişəkindən daha çoxdur. Çin iqtisadiyyatı 2000-ci ildən 2017-ci ilə qədər güclü inkişaf edib, lakin o vaxtdan bəri ölkədə sərvət və milyonerlərin artımı (ABŞ dolları ilə ölçülür) əhəmiyyətsiz səviyyədə olub".
Henley & Partners hesab edir ki, Çindən sonra Hindistan bu il ən çox milyonçu itirən 2-ci ölkə olacaq və 6500 milyonçu azalacaq. Bu rəqəm Hindistanın ötənilki itkisindən min nəfər azdır. Amoils, Hindistanın immiqrasiya səbəbindən itirdiyindən daha çox yeni milyonçu "istehsal etdiyi" üçün bu xaricə axının narahatçılığa səbəb olmadığını vurğulayıb.
Dollar milyonçuları üzrə ən çox itkiyə məruz qalacağı gözlənilən üçüncü ölkə 3200 nəfərlə Böyük Britaniya, 4-cü yerdə isə Rusiyadır. Ukrayna müharibəsindən qaynaqlanan siyasi iğtişaşlara və iqtisadi qeyri-müəyyənliyə baxmayaraq, Rusiyanın bu il yalnız 3000 xalis milyonçu itirəcəyi gözlənilir; bu rəqəm 2022-ci ildə 8500 milyonçudan kəskin azalma deməkdir.
Honq-Konqun bu il 1000 xalis milyonçu, Cənubi Koreya və Yaponiyanın isə müvafiq olaraq 800 və 300 milyonçu itirəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
12 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























