Azərbaycanda uçot dərəcəsinin daha da yüksələcəyi gözlənilir
“Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin iyunun 21-də keçiriləcək iclasında yenidən maliyyələşdirmə dərəcəsini 25 baza bəndi artıraraq 9,25%-ə çatdıracağı, daha sonra isə ilin sonuna qədər pul-kredit siyasətinin sərtləşdirilməsini dayandıracağı gözlənilir”.
Bunu Rusiya “Qazprombank”ının Tədqiqatlar şöbəsinin rəis müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina deyib.
O, bu cür qərarın lehinə 4 arqument gətirir: yenidən maliyyələşdirmə dərəcəsini hələ də üstələyən inflyasiyanın davamlı yavaşlaması; əhalinin əmanətlərinin dollarlaşmasının sabit, lakin hələ də yüksək səviyyəsi; stimullaşdırıcı fiskal siyasət fonunda pul kütləsinin artımı; daxili tələbatın genişlənməsi.
“İnflyasiyanın davamlı yavaşlamasını nəzərə alaraq, Mərkəzi Bankın bəyanat tonunun yumşaldılmasını istisna etmirik. AMB may ayında keçirilən iclasında pul-kredit siyasətini sərtləşdirməyə davam etməklə uçot dərəcəsini 25 baza bəndi artıraraq 9%-ə çatdırıb. Bundan əlavə, pul-kredit şərtlərinin tənzimlənməsi məqsədilə Mərkəzi Bank faiz dəhlizinin aşağı və yuxarı həddini 50 bazis bəndi və 25 bazis bəndi artıraraq müvafiq olaraq 7,5% və 10%-ə çatdırıb. Bununla da kredit fəaliyyətini tənzimləmək və manatla əmanətlərin cəlbediciliyini dəstəkləmək imkanlarını genişləndirib”, - G.Xaydarşina bildirib.
Onun sözlərinə görə, AMB əvvəlki iclasın nəticələrinə görə antiinflyasiya pul-kredit siyasətinə sadiqliyini təsdiqləyib. İnflyasiya amilləri sırasında Mərkəzi Bank stimullaşdırıcı fiskal siyasət fonunda məcmu tələbin genişlənməsini qeyd edib. Faizlərin sonrakı trayektoriyasını şərh edən AMB proqnozların yaxşılaşması fonunda inflyasiyanın azalması davam edəcəyi təqdirdə faiz artımının dayandırılması və daha sonra onların aşağı salınmasına keçid imkanlarını nəzərdən keçirəcəyini qeyd edib.
“İnflyasiyanın yavaşladığını və yenidən maliyyələşdirmə dərəcəsi səviyyəsinə yaxınlaşdığını nəzərə alsaq, Mərkəzi Bank artıq faiz artımı tsiklinin sonuna yaxındır və bu il iyun iclasında yekun faiz artımına başlaya bilər. Bundan sonrakı iclaslarda monetar sərtləşdirmənin dayandırılması üçün ilkin şərtlər yarana bilər”, - “Qazprombank”ın baş iqtisadçısı hesab edir.
© Report
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
























