Azərbaycanda qanunsuz istiqraz satılır
"Finex Kredit" bank olmayan kredit təşkilatının manatla, illik 24 faiz gəlirlilik vəd edən istiqrazları dövlət qeydiyyatına alınmayıb.
Bu barədə Maliyyə Bazarlarına Nəzarə Palatasından “Marja”ya göndərilmiş məktubda bldirilir.
"Finex Kredit" BOKT ASC tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, dövlət qeydiyyatına alınmamış manatla, illik 24 faiz gəlirlilik vəd edən korporativ istiqrazların satışı müxtəlif kütləvi informasiya vasitələrilə reklam edilir. Dövlət qeydiyyatına alınmamış istiqrazların bütün növ reklamları dərhal dayandırılmalıdır”,- məktubda qeyd olunur.
Həmçinin bildirilir ki, “Qiymətli kağızlar haqqında” Azərbaycan Respublikasının Qanunun 3.5.3-cü maddəsinə əsasən investisiya qiymətli kağızların emissiyası üçün Maliyyə Bazarlarına Nəzarət Palatası bu kağızların buraxılışını dövlət qeydiyyatına almalı, emissiya prospektini və ya informasiya memorndumunu təsdiq etməlidir. Həmçinin Qanunun 7.3-cü maddəsinə əsasən maliyyə bazarlarına nəzarət orqanının təsdiq etmədiyi emissiya prospektinin açıqlanmasına və reklam edilməsinə yol verilmir. Bundan əlavə “Reklam haqqında” Qanunun 33.23-cü maddəsinə əsasən, buraxılışı maliyyə bazarlarına nəzarət orqanının qeydiyyatından keçməmiş qiymətli kağızların reklamına yol verilmir
Qeyd edək ki, FİNEX İstiqrazları kredit təşkilatının filiallarında satılır. Reklamlarda bildirilir ki, istiqrazlar üzrə illik gəlirlilik maksimum 24% təşkil edir. İstiqraz məbləğinə hesablanmış faizlər müştərinin istəyi ilə aylıq, rüblük və ya illik ödənilir. Müştəri istiqraz məbləğini istədiyi vaxta geri çəkə bilər.
“FİNEX Kredit” əhalini və investorları əmanətlərini banklardan çıxardıb istiqraza çevirməyi təklif edir.
MARAQLANANLARA YALAN MƏLUMATLAR VERİLİR
"Finex Kredit" BOKT ASC qanunsuz istiqrazlarını qanunsuz reklam etməklə bərabər, vətəndaşları da aldadır. Şirkət Facebook səhifəsində izləyicilərdən birinin “Vəsait dövlət tərəfindən sığortalanır?” sualını aşağıdakı şəkildə cavab yazıb:
"İstiqrazlar Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (hazırda belə bir komitə yoxdur - red), Milli Depozit mərkəzində qeydiyyata alınır, Maliyyə Bazarlarina Nəzarət Palatasının razılığı və nəzarəti altında dövriyyəyə buraxılır! İstiqraz sahibləri həm fiziki, həm də hüquqi şəxslər ola bilər.
İstiqrazlar hər birinin nominal dəyəri 500 AZN və ya USD olmaqla buraxılır və istənilən müddətə yerləşdirilə bilər. Sənədləşmə qısa zamanda həyata keçirilir, Müştəri istiqraz məbləğini istədiyi vaxta geri çəkə bilər. Təminata gəldikdə isə, "Finex" Şirkətlər Qrupu öz aktivləri ilə vəsaitinizə zəmanət verir. Əgər şirkət iflas edərsə, aktivlərin satışı ilə sizin vəsait qaytarıla bilər. Eyni hal banklardada baş verir, yəni banklarda depozitdə olan vəsaitlər bu qayda ilə əmanətçilərə qaytarılır”.
İLİN ƏVVƏLİNDƏ FƏRQLİ GÖSTƏRİCİLƏRİ OLAN İSTİQRAZLAR QEYDİYYATA ALINMIŞDI
Qeyd edək ki, 2017-ci ilin Mart ayında açıqlanmış rəsmi məlumatda bildirilirdi ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Finex Kredit BOKT” ASC-nin hər birinin nominal dəyəri 1000 dollar olan 100 ədəd faizli ipoteka istiqrazların buraxılışı AZ2009019244 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. İstiqrazların tədavül müddəti 24 ay, gəlirlik dərəcəsi isə 8%-dir. İstiqrazlar qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.
“Finex Kredit BOKT” ASC-nin həmçinin hər birinin nominal dəyəri 1000 manat olan 200 ədəd faizli ipoteka istiqrazlarının buraxılışı qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi AZ2010019241 olan istiqrazlar qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək. Sözügedən istiqrazların tədavül müddəti 24 ay, gəlirlik dərəci isə 22% təşkil edir.
Bundan başqa, Maliyyə Bazarlarına Nəzarət Palatası fevralın 6-da “Finex Kredit BOKT”-ın əsas səhmdarı “Finance Leasing”in 3 istiqraz emissiyasını dövlət qeydiyyatına almışdı. Bu emissiyalar hər birinin nominal dəyəri 500 ABŞ dolları olan 1 227 ədəd və 86 ədəd, eləcə də hər birinin nominal dəyəri 500 manat olan 200 ədəd faizli təmin edilməmiş istiqrazın buraxılışını nəzərdə tutur. İlk emissiya üzrə illik gəlirlilik 9%, 2-ci və 3-cü emissiya üzrə isə 14%-dir. Tədavül müddəti 1 080 gün olan qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək.
Göründüyü kimi, məlumatlarda “Finex Kredit BOKT” ASC-nin bu gün təklif etdiyi və 24% gəlirlilik vəd edən istiqrazları barədə məlumat yoxdur.
Qeyd edək ki, "Finex Credit” 2013-cü ildə yaradılıb, “Finex Group”a daxildir. Onun nizamnamə kapitalı 600 min manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 100 manat olan 6 min səhm əsasında formalaşıb. BOKT-un səhmlərinin 73,3%-i “Finance Leasing” ASC-yə, 14,4%-i Sevda Cəbrayıl qızı İbrahimovaya, 12,3%-i isə Mobil Famil oğlu Şərifova (“Finance Leasing”in 10%-lik səhmdarı) məxsusdur.
"Finance Leasing" 2007-ci ilin may ayından fəaliyyət göstərir, "Finex Group"a daxildir. Onun nizamnamə kapitalı 1,2 mln. manatdır. Şirkətin səhmləri 14 fiziki şəxsə, o cümlədən 19%-i Tokay Murad oğlu Şıxəlizadəyə, 13,1%-i Murğuz Elşən oğlu Tağıyevə, 12%-i Ramiz İbrahim oğlu İbrahimova, 12,7%-i Azad Malik oğlu Cavadova, 10%-i Mobil Famil oğlu Şərifova, 3,2%-i Azad Nəriman oğlu Cəbrayılova, qalan 30%-i isə digər 8 səhmdara məxsusdur.
ƏMANƏTÇİLƏRİN GÜVƏNDİYİ FONDUN DİREKTORU BU BİZNESƏ ŞƏRİKDİR
“Finance Leasing”in səhmdarlarından biri olan Azad Malik oğlu Cavadov Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorudur. Bu Fond banklardakı əmanətləri qoruyur.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
16 d. əvvəl
Almaniyada əhalinin 2050-ci ilə qədər 5 faiz, 2070-ci ilədək 10% azalacağı gözlənilir
-
-
13 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
- 15 saat əvvəl
-
16 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
17 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 17 saat əvvəl
-
17 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 17 saat əvvəl
-
18 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Ən çox oxunanlar
Sərfəli şərtlərlə istehlak krediti
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var



















