Qlobal bazarlarda son vəziyyət
Aparıcı mərkəzi bankların pul-kredit siyasətinə dair qərarlarının açıqlandığı və sıx məlumat gündəminin olduğu ötən həftə ərzində kəskin bahalaşan EURUSD və GBPUSD məzənnələrində hazırda korrektiv enişlər müşahidə olunur.
Qeyd edək ki, bir müddətdir dünya iqtisadiyyatlarının əsas problemi olan inflyasiya məhdud dərəcədə də olsa, azalsa da, Mərkəzi Bankların monetar siyasətləri ilə bağlı qeyri-müəyyənliklər davam edir.
Xatırladaq ki, ötən həftə ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot faiz dərəcəsini 5.00-5.25% səviyyəsində saxlayıb. Avropa Mərkəzi Bankı (ECB) isə keçən həftə 3 əsas faiz dərəcəsini 25 baza bəndi artırdı. Yüksək inflyasiya ilə mübarizədə ardıcıl səkkizinci dəfə faiz artıran ECB, qarşıdakı dövrdə də faiz artırmağa davam edəcəyinin siqnalını verdi.
FED-in siyasət faizini dəyişməz saxlamasından sonra bazarlarda volatilliyin artdığını və sərtləşdirmə siyasətinin sona yaxınlaşdığına dair gözləntilərin artması fonunda DXY ötən həftəni 102 bənd səviyyəsində başa vurdu. Hazırda 102.60 həddində qərarlaşan dollar indeksi 103.50 bənd həddinin altında qaldığı müddətcə eniş tendensiyası davam edə bilər.
Dollar indeksində geriləmə fonunda ötən həftəni 1966$-da tamamyan qızıl cari ticarət həftəsinə ucuzlaşma ilə başlayıb. Hazırda 1947$-dan təklif edilən qiymətli metalın bir unsiya üzrə dəyəri 1941$-ın altında düşsə, eniş tendensiyası 1931$ və 1923$ hədlərinə kimi davam edə bilər.
Məlumat İnvestAZ şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 5 d. əvvəl
- 7 d. əvvəl
-
59 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























