Bu gün Mərkəzi Bank qərarını açıqlayacaq
Hazırda Mərkəzi Bank pul vəsaitini 9 - 10 civarında faizlər verir, 7,5 - 9 civarındakı faizlər ilə qəbul edir.Bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı açıqlanacaq.
Marja xəbər verir ki, qərar 21 iyun 2023-cü il tarixində saat 11:00-da dərc olunacaq.
03 May 2023-cü il tarixində Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 9%-ə, faiz dəhlizinin aşağı həddi 0.5 faiz bəndi artırılaraq 7.5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 0.25 faiz bəndi artırılaraq 10%-ə qaldırılmışdır.
İnflyasiyanın (mayda 11,5%) Mərkəzi Bankın hədəfindən (2%-6% civarında, (4±2%)) yüksək olması ilə əlaqədar olaraq növəti dəfə də uçot dərəcəsinin artırılacağı ehtimalı yüksəkdir.
"Mərkəzi Bank pul siyasəti ilə bağlı növbəti qərarlarını faktiki və gözlənilən inflyasiyanın dinamikasının hədəfdən yayınma səviyyəsi, daxili və xarici inflyasiya risklərini nəzərə almaqla qəbul edəcəkdir. İnflyasiya mühitindəki risklərə reaksiya olaraq Mərkəzi Bank monetar şərait vasitəsilə inflyasiyanı bundan sonra da məhdudlaşdırmağa çalışacaqdır. İnflyasiyanı artıran faktorlar bundan sonra da sıx monitorinq ediləcəkdir",- Mərkəzi Bank 03 May 2023-cü il tarixli press-relizində qeyd etmişdi.
FAİZ DƏHLİZİ NƏDİR?
Pul siyasətinin əməliyyat çərçivəsinin mühüm elementlərindən biri faiz dəhlizidir. Faiz dəhlizi banklararası bazardakı qısamüddətli faizlərin dəhliz daxilində hərəkətini təmin etmək məqsədi daşıyır. Faiz dəhlizi eyni zamanda Mərkəzi Bankın likvidlik əməliyyatları üzrə faizlərinin iyerarxiyasını müəyyən edir.
Mərkəzi Bankın faiz dəhlizi üç parametr olan uçot dərəcəsi, yuxarı hədd və aşağı həddən ibarətdir. Faiz dəhlizinin aşağı həddi sterilizasiya yönümlü daimi imkanlar alətlərindən olan 1 günlük depozit əməliyyatının faizidir. Faiz dəhlizinin yuxarı həddi isə 1 günlük likvidliyin verilməsi üzrə daimi imkanlar alətlərindən olan əks-REPO əməliyyatının faizidir.
Uçot faiz dərəcəsi faiz dəhlizinin mərkəzi parametridir. Bu faiz dərəcəsini elan etməklə Mərkəzi Bank banklararası bazarda qısamüddətli faizləri bu parametrə yaxınlaşdırmağa çalışır.
Dəhlizin aşağı həddi ilə uçot dərəcəsi arasında formalaşan faizlərlə sterilizasiya yönümlü qısamüddətli açıq bazar əməliyyatları həyata keçirilir. Uçot dərəcəsi ilə dəhlizin yuxarı həddi arasında formalaşan faizlərlə likvidliyin verilməsi yönümlü qısamüddətli açıq bazar əməliyyatları həyata keçirilir.
Mərkəzi Bank sərəncamındakı alətlərlə banklararası pul bazarında faizlərin dəhliz daxilində formalaşmasına çalışır. Bu proses pul siyasəti qərarlarının transmissiyasının birinci həlqəsini təşkil edir. Banklararası bazarda qısamüddətli faizlər dəyişəndə digər faizlər, o cümlədən depozit və kredit faizləri də dəyişir. Bu proses pul siyasəti qərarlarının transmissiyasının ikinci həlqəsini təşkil edir.
Artmış pul kütləsinin inflyasya potensiala malik izafi hissəsinin dövriyyədən çıxarılmasına yönəldilmiş əməliyyatlara Mərkəzi Bankın sterilizasiya əməliyyatları deyilir. Bununla belə xarici valyuta bazarında revalvasiya təhlükəsi yaradan artıq təklifin alınması əməliyyatlarını xarakterizə etmək üçün də sterilizasiya terminindən istifadə edilir.
Uçot faiz dərəcəsi
04.05.2023 9.0%
30.03.2023 8.75%
02.02.2023 8.5%
16.12.2022 8.25%
28.10.2022 8.00%
18.03.2022 7.75%
28.01.2022 7.50%
Dəhlizin yuxarı həddi
04.05.2023 10.0%
30.03.2023 9.75%
02.02.2023 9.5%
16.12.2022 9.25%
28.10.2022 9.25%
18.03.2022 9.25%
28.01.2022 9.00%
Dəhlizin aşağı həddi
04.05.2023 7.5%
30.03.2023 7.0%
02.02.2023 6.75%
16.12.2022 6.25%
28.10.2022 5.00%
01.09.2022 4.00%
18.03.2022 6.25%
28.01.2022 6.00%
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
2 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
























