Pekinlə Bakı arasında əməkdaşlığa dair memorandum imzalanacaq
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun başçılıq etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Sıçuan əyaləti rəhbərliyinin dəvəti ilə burada işgüzar səfərdə olub.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən verilən xəbərə görə, səfər çərçivəsində Sıçuan əyalətinin qubernatoru Xuan Tsyanın Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və nümayəndə heyəti üzvləri ilə görüşü keçirilib. Görüşdə qubernator Xuan Tsyan bildirib ki, Azərbaycan-Çin münasibətlərinin bu cür yüksək səviyyədə olması və inkişaf etməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının rəhbəri Si Tsinpinin böyük səylərinin nəticəsidir.
Danışıqlar zamanı qubernator Xuan Tsyan tərəfindən Çin Xalq Respublikası vətəndaşlarının Bakı şəhərinə və Azərbaycana olan marağını nəzərə alaraq Çendu–Bakı təyyarə marşrutunun açılması təklifi irəli sürülüb.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Sıçuan əyalətinin inkişaf sahəsində əldə etdiyi uğurları qeyd edərək bildirib ki, son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində Bakı şəhəri yeni görkəm alıb və sürətlə inkişaf edir.
Görüşdən sonra “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri ilə Çin Xalq Respublikası Sıçuan əyaləti arasında dostluq və tərəfdaşlıq münasibətlərinin qurulması barədə anlaşma Memorandumu” imzalanıb.
Daha sonra Bakı şəhərinin nümayəndələri Çin Xalq Respublikasının paytaxtı Pekinə gələrək Pekin şəhər meriyasında merin müavini xanım Sma Xunla görüşüblər.
Görüş zamanı paytaxt şəhərləri arasında əməkdaşlığa dair planlar müzakirə edilib. Səfərin nəticəsinə əsasən Pekin meriyasının nümayəndə heyətinin Bakıya rəsmi səfərə gələrək iki paytaxt arasında əməkdaşlığa dair memorandumun imzalanması barədə razılaşma əldə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
9 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur



















.jpg)



