Yüksək Texnologiyalar Parkı və “Tatneft” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında (YTP) “Socar Rusiya” şirkətinin rəhbəri Rüfət Mahmud, Rusiya Federasiyasının Tatarıstan Respublikasının “Tatneft” Publik Səhmdar Cəmiyyətinin Neft-qaz Kimya Kompleksinin direktoru Bikmurzin Azatbaş və həmin qurumun “Neft və Qaz Emalı” biznes yönümlü müəssisəsinin rəhbəri, “TANEKO” Səhmdar Cəmiyyətinin baş direktoru İlşad Salahovla görüş keçirilib.
Bu barədə YTP məlumat yayıb.
Qeyd edilib ki, əvvəlcə qonaqlar texnoparkın nəzdində fəaliyyət göstərən Strateji Elmi Analitik Sınaq Mərkəzinin fəaliyyəti, burada mövcud olan laboratoriyalar, müasir tələblərə cavab verən avadanlıqlar və göstərilən xidmətlərlə yaxından tanış olublar. Bildirilib ki, beynəlxalq standartlara cavab verən bu Mərkəzdə qaz və maye karbohidrogenlərin, neft və neft-kimya məhsullarının və istehlak mallarında toksik elementlərin sınaqları, eləcə də digər sınaq-təcrübə işləri həyata keçirilir.
Daha sonra nümayəndə heyəti YTP-nin rezidenti olan Təcrübə-Sənaye Zavodunun (TSZ) fəaliyyəti ilə yaxından tanış olub. Onlara TSZ-də mövcud olan yeni texnologiyalar, burada məhsul istehsalı zamanı tətbiq olunan innovativ həllər haqqında məlumat verilib. Qonaqlar zavodla tanışlıq zamanı, həmçinin müəssisənin sınaq laboratoriyası və anbarına baxış keçiriblər.
YTP-nin baş direktoru Vasif Abbasov qonaqlara texnoparkda həyata keçirilən layihələr, burada mövcud olan maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti barədə məlumat verib. Baş direktor görüşün “Tatneft” ilə müvafiq sferada əməkdaşlıq imkanlarının müzakirəsi və Rusiyanın bu sahədəki zəngin təcrübəsinin YTP-də tətbiqi baxımından əhəmiyyətini qeyd edib, eləcə də iki qurum arasında kadr mübadiləsinin aparılmasının, birgə layihələrin həyata keçirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.
Vasif Abbasov Rusiyanın yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən investorları üçün YTP-də potensial şəraitin mövcud olduğunu bildirmişdir.
Daha sonra “Tatneft” Publik Səhmdar Cəmiyyətinin nümayəndələri çıxış edərək təmsil etdikləri şirkət haqqında məlumat veriblər. Parkda həyata keçirilən layihələr və istehsal edilən rəqabətqabiliyyətli innovativ məhsulları yüksək qiymətləndirən nümayəndə heyəti “Tatneft”in YTP ilə əməkdaşlıq əlaqələrinin qurulması üçün lazımi köməkliyi göstərməyə hazır olduqlarını bildiriblər.
Sonda iki qurum arasında əməkdaşlığın davamlı inkişafına dair fikir mübadiləsi aparılıb, birgə layihələrin həyata keçirilməsinin hər iki qurumun inkişafına müsbət təsir edəcəyi vurğulanıb.
Daha sonra qonaqlar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutuna (AKİ) yollanıblar. Qonaqlar institutda aparılan tədqiqatlar və tətbiqi işlərlə də tanış olmuşlar. İnstitutun baş direktoru, akademik Vaqif Fərzəliyev tərəfindən qonaqlara İnstitutun ölkə üzrə tətbiq olunan və olunmağa tövsiyə edilən elmi tədqiqatların nəticələri ilə bağlı ən çox patent alan elmi tədqiqat müəssisəsinin Aşqarlar Kimyası İnstitutu olduğu çatdırılıb.
Sonda “Tatneft” Publik Səhmdar Cəmiyyəti ilə Aşqarlar Kimyası İnstitutunun gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
9 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)



