“Zərərli orqanizmlərlə bağlı ixracatçı ölkələrə 411 bildiriş göndərilib” - AQTA-NIN SƏDRİ
“Bu ilin 6 ayı ərzində idxal və ixrac əməliyyatları zamanı 37 55 müraciət əsasında 24 94 fitosanitar sertifikat və icazə sənədi, 35 150 müraciət əsasında 33 896 qida təhlükəsizliyi sertifikatı, 5 311 müraciət əsasında 2 321 baytarlıq sertifikatı və digər icazə sənədləri verilib”.
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” qanunun icrası ilə bağlı bu ilin 6 ayında görülən tədbirlərə dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, idxal olunan bitki və bitkiçilik məhsullarında aşkarlanan karantin tətbiq edilən zərərli orqanizmlərlə bağlı ixracatçı ölkələrə 411 bildiriş göndərilib.
Q.Təhməzli qeyd edib ki, bu bildirişlərdən 193-ü İrana, 87-si Belarusa, 60-ı Türkiyəyə, 43-ü Rusiyaya, 9-u Pakistana, 7-si Ukraynaya, 4-ü Birləşmiş Ərəb Əmirliklərinə, 2-si Gürcüstana, 2-si Niderlanda, 1-i Xorvatiyaya, 1-i İspaniyaya, 1-i Lüksemburqa və 1-i Misirə ünvanlanıb. İrandan idxal olunan portağal, bibər və kivi, Belarusdan gətirilən ərzaqlıq kartof, Türkiyədən idxal edilən naringi məhsullarında viruslar aşkarlandığı üçün ixracatçı və idxalatçı şirkətlərə müvəqqəti olaraq qadağa tətbiq edilib.
AQTA sədri vurğulayıb ki, bir çox hallarda Agentliyin nəzarət dairəsinə aid məhsulların ölkəmizə idxalı zamanı idxalatçı subyektlər tərəfindən qüvvədə olan qanunvericiliyin tələblərinin öncədən öyrənilməməsi ciddi problemlər yaradır. Problemlərin aradan qaldırılması üçün xarici ticarət iştirakçılarının AQTA-nın rəsmi internet səhifəsindəki məlumatlarla tanış olmaları zəruridir.
O bildirib ki, bəzən də məhsullar respublikamıza digər dövlətlərdən ixrac edilməmişdən əvvəl ölkəmizdə tələb olunan təhlükəsizlik göstəriciləri zərərvericilər və heyvan xəstəliklərinə görə müayinə edilmir: “Sahibkarın xarici ölkələrdə bağladığı müqavilə şərtlərinə əsasən, məhsulların təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlandıqda, geri qaytarılması tənzimlənmir. Bu isə məhsulların idxalı zamanı uyğunsuzluqların aşkarlanmasına və geri qaytarıla bilmədiyinə görə məhv edilməsinə səbəb olur”.
Telefonunda Telegram var? Marja.az-ın kanalına buradan abunə ol!
© "Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















