“MKT İstehsalat Kommersiya” şirkəti şəhid və qazilərin övladları üçün sosial dəstək proqramına start verib

(®) “MKT İstehsalat Kommersiya” 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın və qazilərimizin 18 yaşadək olan övladları üçün sosial dəstək proqramına start verib.
“MKT İstehsalat Kommersiya” Koporativ Sosial Məsuliyyət çərçivəsində təşəbbüskar addımlar atmağa davam edir. Şirkət, şəhid övladlarına dəstək məqsədi daşıyan “Uşaqlar gələcəyimizin əmanətdir” adlı layihəyə start verib. Layihə, Aran rayonlarında yaşayan 44 günlük Vətən Müharibəsi zamanı, həmçinin zəfərdən sonra və sentyabr təxribatları zamanı şəhidlik zirvəsinə ucalan qəhrəmanların azyaşlı, ibtidai sinif, orta məktəb, tələbə olmaqla toplamda 314-dən çox uşağını əhatə edir.
Bu layihə, uşaqların yeni tədris ilinə və gənclərin təhsilinə dəstək məqsədi daşımaqdadır. Təşkil edilən layihə çərçivəsində, uşaqlara müəyyən edilmiş yaş kateqoriyasına əsasən məktəbli çantaları, dərs ləvazımatları, oyuncaqlar, birdəfəlik maddi yardım və bir illik təqaüdün verilməsi planlaşdırılır.
Layihənin ilkin mərhələsi iyun ayında başlamışdır. İlkin olaraq məktəbəqədər uşaqları əhatə edən layihədə Ağdam, Neftçala, Salyan, Saatlı, Sabirabad, İmişli, Tərtər, Goranboy, Zərdab rayonlarında yaşayan uşaqlar və onların ailələri iştirak etmişdir.
Tədbir müddətində adı qeyd olunan rayonlarda yaşayan şəhid övladları yaşadıqları ünvandan “MKT İK” MMC-nin Ağdam və Saatli rayonlarında yerləşən filiallarına gətirilərək ofis əməkdaşları ilə tanış olublar. Filialda səmərəli vaxt keçirən uşaqlara müxtəlif hədiyyələr, məktəbli çantaları, dərs ləvazımatları təqdim olunub və uşaqlar əyləncə dolu gün keçiriblər.
Şirkət korporativ sosial məsuliyyət çərçivəsində bu tipli layihələrin uzunmüddətli davam etməsini planlaşdırır.
Əlavə olaraq qeyd edək ki, “MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
25 d. əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 31 d. əvvəl
-
- 50 d. əvvəl
-
1 saat əvvəl
Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək
-
2 saat əvvəl
Bank "BTB"nin Müşahidə Şurasının tərkibi haqqında məsələ müzakirə ediləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AFB Bank biznes müştəriləri üçün “Qazanclı Başlanğıc” kampaniyasını təqdim edir
-
2 saat əvvəl
"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı
- 2 saat əvvəl
Son Xəbərlər

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb

"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı
Ən çox oxunanlar

Sentyabrın 20-də gözlənilən hava şəraiti

AZAL yeni təyyarə aldı - Təyyarədə sürətli internet xidməti var

Beynəlxalq reytinq agentliyindən Azərbaycan bankının vəziyyəti üçün "sabit" proqnoz

"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"
