Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Aqrar Sığorta Fondu və "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti"nin səhmdarları görüşüb

"Qeyri-sabit hava şəraitinin yaratdığı zərər aqrar sığortaya marağı yüksəldir"
iç səhifə xəbər başlığı altı (mobil)_31
Aqrar Sığorta Fondu və "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti"nin səhmdarları görüşüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Aqrar Sığorta Fondunun rəhbərliyi ilə Azərbaycanda aqrar sığorta sahəsində fəaliyyət göstərən yeganə şirkət – «Aqrar Sığorta Müştərək Sığorta Şirkəti» ASC-nin səhmdarlarının görüşü keçirilib.

Aqrar Sığorta Fondunda keçirilən görüşdə, «Aqrar Sığorta Müştərək Sığorta Şirkəti» ASC-nin 2022-ci ildəki fəaliyyətinin yekunları, ölkədə aqrar sığortanın tətbiqi ilə bağlı vəziyyət və təsərrüfatların aqrar sığorta ilə təmin olunması ilə bağlı müzakirələr aparılıb. 

Reklam_3_11

İclasda Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bölgələrdə aqrar sığortanın daha geniş tətbiq edilməsinin və bu prosesdə özəl sığorta şirkətlərin də fəal iştirakının vacibliyini qeyd edib. 

İclasda son aylar ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində təsərrüfatlara dəyən zərər, aqrar sığorta ilə bağlı müraciətlərin artması və ümumilikdə bu hadisələr nəticəsində aqrar sığortaya marağın yüksəlməsi də qeyd edilib. 

Səhmdarlar «Aqrar Sığorta Müştərək Sığorta Şirkəti» ASC-nin qarşıdakı dövr üçün fəaliyyəti ilə bağlı müzakirələr aparıblar. 

Xatırladaq ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC “Aqrar sığorta haqqında” qanuna uyğun olaraq yeni şirkət aqrar sığorta sisteminin idarəedilməsini həyata keçirən idarəedici qurumdur. 

2020-ci ildə ölkənin 7 sığorta şirkəti tərəfindən təsis edilən “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyat keçirir. 

Müştərək şirkətin təsisçiləri – “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC,  “Meqa Sığorta” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Xalq Sığorta” ASC, “AZSIĞORTA” ASC, “Bakı Sığorta” ASC şirkətləridir. 

15.07.2023 08:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18