Azercell Şuşadakı Eksklüziv ofisinin 1 illiyini qeyd edir!
Azercell azad edilmiş ərazilərdə müştəri xidmətləri mərkəzini təqdim edən ilk və yeganə mobil operatordur
(®) “Azercell Telekom” MMC işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı mühüm missiyanın həyata keçirilməsinə öz töhfəsini verməyə davam edir. Şirkət Qarabağda telekommunikasiya xidmətləri göstərən ilk və yeganə müştəri xidmətləri mərkəzinin 1 illiyini qeyd edir. Bu münasibətlə 17-18 iyul tarixlərində lider operatorun prezidenti Zərinə Zeynalova və şirkətin nümayəndə heyəti Şuşa şəhərinə səfər ediblər.
Zərinə Zeynalova azad edilmiş ərazilərdə aparılan bütün işlərin şirkət üçün olduqca önəmli olduğunu vurğulayıb: “ Azad edilmiş ərazilərin yenidən qurulması və həyata qaytarılması işlərində fəal iştirak etmək bizim üçün strateji əhəmiyyət kəsb edir. 44 günlük Vətən müharibəsinin başladığı gündən etibarən şirkətimiz cəbhə boyu şanlı ordumuzun ardınca irəliləyərək azad edilmiş ərazilərdə ilk mobil infrastrukturu qurmağa müvəffəq olub. Hazırda Azercell bu əraziləri ən müasir texnologiyalarla təchiz edərək öz 4G şəbəkəsini Qarabağ boyu gücləndirir və genişləndirir. Bu günə kimi azad edilmiş ərazilərdə şirkətimizin 100-dən çox baza stansiyası işə salınıb. Şirkətimiz bu istiqamətdə olan fəaliyyətini var gücü ilə davam etdirəcək”.
Rəsmi tədbir iyul ayının 18-i Azercell-in Şuşa ofisində baş tutub. Tədbirdə çıxış edən şirkətin Satış və B2B blokunun direktoru Dəmir Dirim bu günün Azercell üçün tarixi əhəmiyyət daşıdığını bildirib. “Ötən il Azercell Qarabağda müştəri xidmətləri mərkəzini və rəsmi diler mağazasını istifadəyə verən ilk mobil operator oldu. Xüsusilə qürurvericidir ki, Eksklüziv tipli xidmət mərkəzimiz Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində fəaliyyətə başladı. Artıq bir ildir ki, Azercell-in digər ofislərində olduğu kimi, bu mərkəzdə də abunəçilərə bütün xidmət spektri təqdim edilir. Onu da qeyd edim ki, birinci rəsmi diler mağazamız “ağıllı kənd” konsepsiyası ilə tikilən Zəngilanın Ağalı kəndində istifadəyə verilib. Azercell olaraq azad edilmiş ərazilərdə abunəçilərimizə operativ xidmət göstərmək məqsədilə Qarabağda yerləşən mərkəzlərimizin sayını artırmağı planlaşdırırıq”,- deyə Dəmir Dirim qeyd edib.
Səfər çərçivəsində Azercell komandası həmçinin Şuşa şəhərinin tarixi-memarlıq abidələrini ziyarət edib, burada aparılan yenidənqurma və bərpa işləri ilə tanış olub.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün sonra
- 7 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
7 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
10 saat əvvəl
Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
-
10 saat əvvəl
Bank of Baku istiqrazları yüskək tələbatla satıldı - 99%-i fiziki şəxslər olan 601 investor!
-
11 saat əvvəl
"Sea Breeze Health Valley" layihəsilə ölkəmizin səhiyyə sisteminin modernləşəcəyi bildirilib
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı

"Sea Breeze Health Valley" layihəsilə ölkəmizin səhiyyə sisteminin modernləşəcəyi bildirilib

Azərbaycan şirkəti Türkiyə şirkətilə müqavilə imzalayıb - Modulyar Panel Sistemlərinin quraşdırılacaq

Azərbaycan şirkəti Qazaxıstan şirkətilə birgə müəssisə yaradır - 2 milyon ton gücə malik zavod tikiləcək
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycanın Milli Depozit Mərkəzi ilə Qazaxıstanın Mərkəzi Depozitarı arasında müxbir əlaqələr yaradılıb

"Bank of Baku"nun istiqrazlarına 601 investordan 682 sifariş - BANK 20 MİLYON MANATI CƏLB EDƏ BİLDİ

Azərbaycan və Qətər Sərmayə Fondu birgə layihələri müzakirə edib

“Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri "PAŞA Bank" ilə strateji tərəfdaşlığı elan ediblər

SOCAR İtaliyada 4500 yanacaqdoldurma məntəqəsi olan şəbəkəni aldı

"Ələtdə istifadəyə veriləcək yeni yük hava limanı Azərbaycanı Avrasiyada əsas logistika mərkəzlərindən birinə çevirəcək"

Spirtin və alkoqollu içkilərin istehsalı, idxal və satışına dövlət nəzarəti bu quruma da tapşırıldı
