myCard Junior Avropa Yeniyetmələrinin XVII Yay Olimpiya Festivalında idmançılarımıza dəstək olacaq
(®) AccessBank Milli Olimpiya Komitəsinin Məğrur Tərəfdaşı olan VISA şirkəti ilə birlikdə Avropa Yeniyetmələrinin XVII Yay Olimpiya Festivalında iştirak edəcək yeniyetmə idmançılara VISA Platinum əsaslı myCard Junior kartlarını təqdim edib.
Platinum kateqoriyasında olan xüsusi myCard Premium kartları həmçinin məşqçi heyətinə də təqdim olunub.
Gənclərdən ibarət Olimpiya yığması festival müddətində Sloveniyanın Maribor şəhərində AccessBank-ın VISA kartlarının ümumi imtiyazlarından istifadə edəcək.
AccessBank-ın dəstəyi ilə reallaşdırılan layihə atletlərə əlavə imkanlar yaradır. myCard Junior kartları gündəlik alış-veriş, onlayn ödənişləri zamanı qazanc, kart hesabındakı müsbət qalığa əlavə mənfəət, partnyor şəbəkələrdə kəşbəklər, uçuş gecikməsi və baqaj sığortası, hava limanının VİP zallarına ödənişsiz giriş, istənilən suallar üçün konsiyerj xidməti və başqa bu kimi imtiyazlar verir.
Qeyd edək ki, Maribor şəhərində keçirilən Oyunlara Azərbaycandan atletika, tennis, üzgüçülük, velosiped, MTB, cüdo və gimnastika idman növlərində təmsil olunacaq 36 idmançı yola düşüb. Festivalın rəsmi açılış mərasimi 23 iyul, bağlanış mərasimi isə 29 iyul tarixlərinə təsadüf edir. Festivalda 48 iştirakçı ölkə, 11 idman növü üzrə 3600-a yaxın 14-18 yaş həddində olan yeniyetmə idmançılarla iştirak edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
9 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur

















.jpg)


.jpg)

