Şirkətlər qrupu qida sektoruna da daxil oldu –YENİ MAĞAZA
"Ofisait" mağazalarını idarə edən "İnci Şirkətlər Qrupu" QSC fəaliyyətini genişləndirərək qida sektoruna da daxil olur.
Marja.az-ın məlumatına görə, şirkətlər qrupunun "Heybə" adlı mağazası fəaliyyətə başlayıb. Mağaza əsasən balların, arı məhsullarının, çayların, bəzi quru meyvə və çərəzlərin satışı ilə məşğul olacaq.
26 iyul 2023-cü il tarixində "Heybə" brendinin ilk mağazasının açılışı baş tutub.
Qeyd edək ki, brendin adı – heybə - keçmişdə çiyində və ya atın tərkində yük daşımaq üçün istifadə edilən məişət ləvazimatı olub.
İnci Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Mikayıl Yusif çıxışında deyib ki, rəhbərlik etdiyi şirkətin əsas şüarı insanlara doğru və faydalı xidmət göstərməkdir: "Bütün işlərin başında insan birincidir. "Heybə" layihəsində də əsas məqsəd sağlam həyat tərzini, yerli istehsalı dəstəkləmək və yeni iş yerləri yaratmaqdır".
Mağazanın açılış mərasimində "Heybə" layihəsinin rəhbəri İsa Abbasov çıxış edərək bildirib ki, mağazanın arı təsərrüfatı Şamaxı və İsmayıllı rayonlarında yerləşdir. May balı süzüldükdən sonra arılar Kələbəcər və Laçına köçürülür. Hazırda arılar Laçındadır. Bu rayonlarda yetişən qaratikan, cökə, akasiya və digər çiçəklərin nektarından arıların hazırladığı ballar qablaşdırılaraq satışa təqdim olunur. Ballardan başqa pətəklər, arı südü, bal qaymağı, yaşıl və qara çay növləri keyfiyyətli qablaşdırmada təklif olunur.
Müxtəlif növdə və dadda təklif olunan çaylar dünyanın Çin, Hindistan, Yaponya, Kenia və Viyetnamdan idxal olunur.
"Heybə"də məhsullar hədiyyəlik dəst şəkilində də təklif olunur.
"Biz dayana bilmirik, özümüzdən asılı deyil, daima yeniliklər etmək istəyirik. İşlərimizin məqsədlərindən biri də insanlığa fayda verməkdir. Ən birinci fayda Allahın insana verdiyi cana doğru qulluq etməkdən başlayır. Biz həm istehsalçı, həm də satıcıyıq. Bir məhsulun faydalarını gördükdə onun satıcısı olmağa qərar veririk. Müştərilərimiz ofis, məktəb, ev ləvazimatlarının satışı ilə məşğul olan İnci Şirkətlər qrupundan qida məhsulları da istəyirlər. "Haradan başlayaq?" məsələsini müzakirə etdik və öz qida rasiyonumuzda da birinci yerdə dayandığı üçün baldan başlamağa qərar verdik",- İsa Abbasov bildirib.
Tədbirdə qeyd edilib ki, heybe.az İnternet səhifəsi də hazırlanıb. Bu sayt vasitəsilə məhsulların onlayn satışı həyata keçirilir.
Yaxın gələcəkdə iri supermarketlərdə də "Heybə" məhsullarının satışı təşkil olunacaq.
"Heybə" mağazası Nizami rayonu, Mehdi Abbasov küç, 7 ünvanında ("Super Ofisait" mağazasının yanı) yerləşir.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 46 d. əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 9 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Ən çox oxunanlar
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ






















