Bakıda, dənizin sahilində avtomobil sərgisi keçirilir - TƏQDİMATLAR, YENİ MODELLƏR
29 İyul 2023-cü il tarixində Bakıda, Nardaran kəndinin yaxınlığında yerləşən “Sea Breeze Resort” kompleksində “Caspian Motor-Show” şərgisi açılıb.
Marja.az xəbər verir ki, bu gün axşamadək davam edəcək sərgidə avtomobil marakalarının rəsmi dilerləri, avtosalonlar, mühərrik yağları, ehtiyat hissələri və aksesuarların satışı ilə məşğul olan şirkətlər iştirak edirlər.
Sərgi iki ayrı sahədə təşkil edilib. Bir sahədə tam elektrik modellər, digər sahədə isə benzin və dizel modellər nümayiş olunur.
Hongqi E-HS9, MG 4 Electric, Lotus NYO Eletre, Volvo C40, Wolksvagen Tayron, Hyundai Ioniq5, Peugeot, Zeekr 001, IM L7 elektrik avtomobillər üçün ayrılmış sahədə nümayiş olunan modellərdən bir neçəsidir.
Həmçinin sərgidə Bentley Continental GTC, Hongqi H5, Dashing, Opel Mokka, MG ZS, Haval H6, Haval Jolion, Hyundai Sonata, Santa Fe, Renault Koleos, Wolksvagen Passat, Toyota Cross, İnfiniti QX 55, Nissan X-Trial, Mazda CX-60, Volvo XC 90, Mercedes-Benz GLE Coupe, BMW X 6, BMW X5 və digər markaların modellləri nümayiş olunur.
İlk dəfə sərgidə təqdim edilən Lotus Eletre tam elektrik modeli böyük maraqla qarşılanıb. "Volt Avto" avtosalonun nümayəndəsi Marja.az-a bildirib ki, Lotus Eletre modeli 612 at gücündədir və 112 kWh batareya tutumuna malikdir. Qara rəngli bu SUV model tam şarj olduqda 600 kilometrədək məsafəni qət edə bilir. Elektromobilin qiyməti 136 min ABŞ dolları və ya 231 min 200 manatdır. "Volt Avto" avtosalonunun təklif etdiyi "Zeekr 001" modeli də diqqəti cəlb edir. 268 at gücünə, 100 kWh batareya tutumuna malik olan bu model 700 km-dək mənzilə sahibdir. Modelin qiyməti 52 min dollardır (88 min 400 manat).
“Caspian Motor-Show” sərgisində yeni model təqdimatı da baş tutub. Belə ki, sərgi çərçivəsində IM Motors markasının L7 sedanının təqdimatı keçirilib.
"OnVolt" şirkətinin direktor müavini Nəzmi İsmayılov bildirib ki, "OnVolt" şirkəti "IM Motors" avtomobillərinin rəsmi idxalçısı olub.
O qeyd edib ki, fors-major hadisə ilə əlaqədar olaraq IM Motors LS7 modelinin sərgiyə gətirilməsi mümükün olmayıb, onun əvəzinə markanın L7 sedan modeli təqdim edilir. Yaxın 3-4 gün ərzində şirkətin satış mərkəzində IM Motors LS7 SUV modeli ilə tanış olmaq mümkün olacaqdır.
Modelin üzərindən örtük götürüldükdən sonra bildirilib ki, 575 at gücündə olan IM L7 sedanı 97 kWh batareya tutumuna və 615 km mənzilə malikdir.
“Caspian Motor-Show 2023” çərçivəsində maraqlı əyləncə proqramı, müxtəlif uduşlu yarışlar və müsabiqələr də keçirilir.
“Caspian Motor-Show” avtomobil sərgisinin təşkilatçısı Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasıdır (AADA).
“Caspian Motor-Show 2023” sərgisi İyulun 30-u da davam edəcəkdir. Maraqlananlar Nardaranda yerləşən “Sea Breeze Resort”a səfər edə bilər.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
14 d. əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
3 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 4 saat əvvəl
-
4 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 4 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var


















